İyl
2021
07:20
31
128
5343
Virtual karabakh

“Linkedin”in 700 milyon istifadəçisinin məlumatları oğurlanıb və satışa çıxarılıb

1 İyl, 2021
07:20
5343

“Linkedin”in 700 milyon istifadəçisinin məlumatları oğurlanıb və satışa çıxarılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İş dünyasının sosial media platforması olaraq göstərilən “Linkedin”də 700 milyon istifadəçi məlumatları oğurlanıb və hətta satışa çıxarılıb.

“Sabah” xəbər verir ki, satışı reklam edən haker sübut olaraq 1 milyon istifadəçi məlumatını pulsuz paylaşıb.

“Linkedin” istifadəçilərinin ümumi sayı təqribən 756 milyon nəfərdir. Bu o deməkdir ki, 92 %-dən çox istifadəçinin məlumatları pozulub.

Məlumatlar 700 milyon istifadəçinin tam adlarını, e-poçt adreslərini, telefon nömrələrini, coğrafi yerləşmə qeydlərini, ünvanını, bəzi maaş məlumatlarını və digər sosial media hesabları ilə bağlı məlumatları əhatə edir.

Qeyd edək ki, aprel ayında da “Linkedin”də 500 milyon istifadəçi məlumatı kiber cinayətkarlar tərəfindən ələ keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri