İyl
2021
11:40
135
30
9511
Virtual karabakh

“WhatsApp”da yeni funksiya istifadəyə verilir: Fayllar avtomatik silinəcək

1 İyl, 2021
11:40
9511

“WhatsApp”da yeni funksiya istifadəyə verilir: Fayllar avtomatik silinəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Android”lər üçün “WhatsApp”da yeni funksiya istifadəyə veriləcək.

“WABetaInfo” portalı məlumat verir ki, tezliklə yalnız bir dəfə baxa bilmə funksiyası olan faylları göndərmək mümkün olacaq.

Belə ki, istifadəçilər artıq “Bir dəfə bax” işarəsi ilə mesaj göndərə biləcəklər.

Alıcı şəkil və ya videonu qəbul edib bağladıqdan sonra həmin fayl yazışmadan silinəcək.

Eyni zamanda, həmsöhbətin göndərdiyi birdəfəlik baxış üçün nəzərdə tutulan foto və ya videonun ekran görüntüsünü çəkmək də mümkün olacaq.

Bu funksiya ilk olaraq messencerin “Android” platformasında işə salınıb ​​və daha sonra “iPhone” istifadəçiləri üçün təqdim ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri