İyl
2021
14:30
60
18
6857
Virtual karabakh

Niyə nüfuzlu alman nəşri “AV Magazine” “Samsung Neo QLED”i “bütün zamanların ən yaxşı televizoru” adlandırıb?

2 İyl, 2021
14:30
6857

Niyə nüfuzlu alman nəşri “AV Magazine” “Samsung Neo QLED”i “bütün zamanların ən yaxşı televizoru” adlandırıb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Samsung”un “Neo QLED” adlanan yeni televizoru, alman nəşri “AV Magazine”dən indiyə qədər təqdim edilmiş ən yüksək reytinqlərdən birinə layiq görülüb.

Belə ki, jurnal “75 Neo QLED TV 8K”nı nəzərdən keçirdikdən sonra onu 966 bal ilə qiymətləndirib. Buna misal olaraq, qeyd etmək lazımdır ki, bu 956 bal toplamış 2020-ci ilin ən yaxşı “Samsung QLED TV”dən 10 pillə yüksəkdir.

Jurnalın komandası televizorun cəlbedici təzadlığını, dolğun qara rənglərini, yüksək parlaqlıq və “Mini-LED” texnologiyası sayəsində əldə olunan dəqiq lokal tündləşməsini qeyd edib. Bundan əlavə, jurnal tərəfindən “Samsung Neo QLED TV”nin, qabaqcıl dizaynı və innovativ yanaşması yüksək qiymətləndirib. Və nəticədə nəşr sözü gedən televizoru etalon TV olaraq seçib. Bəs qərb mütəxəssislərini bu məhsulda təəccübləndirən nələr olub?

Gəlin “Samsung”un yeni televizorlarının xüsusiyyətlərinə nəzər salaq:

• “Neo Quantum 8K” prosessor

Yeni televizorların “ürəyi”, mənbənin təsvir keyfiyyətindən asılı olmayaraq mümkün olan ən yüksək 8K icazəsini təmin etmək üçün 16 neyron şəbəkəsindən toplanmış məlumatları istifadə edən inkişaf etdirilmiş 8K miqyaslaşma texnologiyası ilə təchiz olunub. Burada prosessor izləmə mühitini davamlı olaraq optimallaşdıraraq və məzmunun keyfiyyətini artırılaraq, daha dəqiq detallı, əla keyfiyyətli təsvirdən həzz almanızı təmin edir.

• “Quantum Mini LED”

“Yeni Quantum Mini LED”lər sayəsində ultra dolğun qara rəngin ötürülməsi və parlaq arxa işıqlandırma təmin edilir. Xırda kvant nöqtələri ən parlaq səhnələrdə belə 100 % rəng həcmini təqdim edir. Özünü işıqlandıran LED texnologiyası və HDR dəstəyi sayəsində displeyin işıqlandırılması tam olaraq idarə olunur və bu səbəbdən maraqlı film izləməyinizdən və ya oyun konsolunda oynamanızdan asılı olmayaraq ekranda baş verənlərin ab-havasına qərq olursunuz.

 • “Neo Slim” dizayn

“Neo QLED”in digər üstün bir xüsusiyyəti də futuristik dizaynıdır. “Quantum Mini” diodlarının adi LED-lərdən 40 dəfə daha az yer tutması səbəbindən panel inanılmaz qədər incədir. “Infinity Screen” displeyinin incəlik sirri 0,8 mm qalınlığa malik nazik polad çərçivədir. Əlavə olaraq, “Neo QLED 8K”nın bənzərsiz görünüşü, televizora baxarkən immersiv baxış təcrübəsini artırır. İndi baxış təcrübəniz, televizor korpusu ilə də məhdudlaşmır, havada sanki süzən displey, ekranda baş verənlərin ab-havasına qərq olmağa imkan verir.
Gəlin razılaşaq ki, alman mütəxəssislərinin belə bir heyranlığı başa düşülə bilən haldır, televizor həqiqətən mühəndislik möcüzəsi və müasir dizayn zərifliyinin təcəssümüdür.
“Samsung Neo QLED” televizorları haqqında ətraflı məlumatı “Baku Electronics”, “Irşad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton”, “Optimal” və “World-Telecom” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri