14 
İyl
2021
14:44
76
24
8183
Virtual karabakh

Smartfonun yaxınlaşan “ölümünün” ilkin əlamətləri açıqlandı

14 İyl, 2021
14:44
8183

Smartfonun yaxınlaşan “ölümünün” ilkin əlamətləri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əgər smartfonun ekranı, səsgücləndiricisi, mikrofonu, modemi və ya kamerası sıradan çıxıbsa bu cihazın yaxınlaşan “ölümünün” xəbərçisidir.

Bu barədə Rusiyanın “SafeNet” Milli Texnologiya Təşəbbüsünün (NTI) mühəndislik mərkəzinin mütəxəssisi İqor Bederov “Veçernyaya Moskva”ya verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, əvvəllər qadjetin “ömrü” müəyyən bir şarj dövrü üçün nəzərdə tutulmuş batareyasının işləmə müddəti ilə hesablanırdısa, ancaq artıq mobil telefonun batareya gücünün itirilməsinə qədər “yaşamama” şansı var.

Bundan əlavə mütəxəssis bildirib ki, düzgün istifadə edilməməsi və ya nəm daxil olması səbəbindən akkumulyator şişə və ya partlaya bilər.

İ.Bederov smartfonun “ləngimə” səbəblərindən də danışıb.

Onun fikrincə, bunun səbəbi prosessor gücünün az olması və ya operativ yaddaşın miqdarı, yəni yüklənən tətbiqləri işlətməyə cihazın gücünün çatmaması ola bilər. Həm də yavaşlama həddindən artıq qızma və ya soyuma səbəbindən baş verə bilər.

Mütəxəssis smartfonların hər hansı bir komponentinin sıradan çıxa biləcəyini, yaxud əksinə illərlə işləyə biləcəyini deyərək buraxılış ilinin o qədər də əhəmiyyət kəsb etmədiyini vurğulayıb.

“Çox şey komponentlərin seçilməsindən, aralarındakı ziddiyyətlərdən, cihazın iş şəraitindən, proqram təminatından, proqram baqlarından və əlbəttə ki, yüksək keyfiyyətli yığımdan asılıdır – istifadəçinin məsuliyyəti cihazın etibarlılığı üçün ən vacib şərt olaraq qalır”,  - deyə o izah edib.

Bederov cihazdakı bütün məlumatların dublikatının saxlanıldığı yerin mütəmadi olaraq yenilənməsini tövsiyə etdi ki, telefon sıradan çıxdıqda lazımi faylları bərpa etmək mümkün olsun.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri