14 
İyl
2021
12:30
69
16
4049
Virtual karabakh

“realme”nin yeni 2 valehedici texnoloji yeniliyi artıq Azərbaycanda - FOTO

“realme” - qəbul olunmuş texnoloji standartları dəyişən smartfonların və ağıllı cihazların istehsalı üzrə ixtisaslaşan texnoloji brenddir. Şirkət 2018-ci ilin may ayında təsis olunub və cəmi bir neçə il ərzində “realme” özünü yüksək keyfiyyətli yığılma, yüksək məhsuldarlıq və dəbli dizayn ilə fərqlənən smartfon istehsalçısı kimi tanıtmağa nail olub.  

“Counterpoint Research”ın apardıqı tədqiqatların nəticəsinə görə, “realme 7” aparıcı beynəlxalq smartfon təchizatçıların siyahısına daxildir. Hal-hazırda istifadəçi sayı 70 milyona çatıb, bu isə şirkətin ən sürətli inkişaf edən brend sayılmasına səbəb olub.
 
Bu gün “realme” Azərbaycanda, valehedici xüsusiyyətlərə malik 2 yeni modeli rəsmi olaraq təqdim edir – “realme 8 Pro” və “realme C21”. 

“realme 8 Pro” 

Kamera modulu 108 Mp olan və peşəkar çəkiliş rejimlərinə malik olan flaqman məhsuldarlığı, barmaq izi skanerli “Super AMOLED” ekran, “SuperDART Charge” 50 Vt gücə malik akkumulyator və eləcə də müasir trendlərə uyğun olan dəbli dizayn realme “8 Pro” modelinin əsas üstünlükləridir.  

“realme 8 Pro” - “time-lapse” gecə çəkilişi və “title-shift” çoxkadrlı video rejimi texnologiyalarına malik olan ilk smartfondur. Gecə səmasının gözəl və aydın şəkillərini çəkmək və ulduzlu səmanın inanılmaz videokadrlarını əldə etmək məqsədilə, gecə çəkilişi üçün “time-lapse” rejimi və bir neçə unikal rejim istifadə olunur.

“realme 8”in üstünlüklərindən biri də sürətli və təhlükəsiz, 4500mAh akkumlyatorunun 0-dan 100 %-a qədər 45 qədiqə ərzində şarj yığmasına imkan yaradan 50 Vt-lıq “Super Dart” şarj aparatıdır. Smartfon 3 dəqiqə şarj topladıqdan sonra, siz rahatlıqla 11 saat ərzində musiqi dinləyə və ya telefonunuzu 3 günlük gözləmə rejimində saxlaya bilərsiniz. Smartfon eləcə də “powerbank” kimi istifadə olunması üçün nəzərdə tutulan reversiv şarj toplama rejimini də dəstəkləyir.

“realme 8 Pro Qualcomm Snapdragon 720G” prosessoru ilə təchiz olunub, yüksək keyfiyyətli səs xüsusiyyətlərinə malik olduğuna zəmanət verən “Hi-Res Audio” sertifikatına layiq görülüb, smatrfonun “Dual Standby” dəstəkləyən 2 SİM-kart slotu və 256 GB həcmli “flash-card” slotu vardır.

“realme 8” müstəsna texniki xüsusiyyətlərindən başqa, vizual və taktil xüsusiyyətləri ilə də fərqlənir: Smartfonun arxa paneli qeyri adi donuq səthli təbii mineral kristal teksturuna bənzəyir. 

“realme C21”

“realme C21” - Avropanın “TÜV Rheinland” yüksək etibarlılıq sertifikatına layiq görülən C-seriyasının ilk smartfonudur. Cihazın əsas spesifik xüsusiyyətləri: 5 000 mAh həcmli akkumlyator, böyük yaddaş həcmi 4+64 GB, üçlü Aİ-kamera, damlayabənzər formalı 6,5 düymlük ekran, takt tezliyi 2,3 Hhz olan səkkiz nüvəli prosessor, NFC çipi və barmaq izi skaneridir.

“realme C21”in etibarlılığı müstəqil mütəxəssislər tərəfindən təsdiq olunub və “realme C” seriyasının, yüksək yığılma keyfiyyətinə və uzunmüddətli istifadə imkanına zəmanət verən “TÜV Rheinland High Reliability” sertifikatına layiq görülmüş ilk smartfonudur. 

“realme C21”in 13+2+2 Mp-llik əsas kamerası PDAF avtomatik fokuslanma və 4 qat böyütmə funksiyaları ilə təchiz olunub. Habelə kamera 1080P videoçəkiliş rejimini dəstəkləyir. 5-Mp-llik “frontal selfie” Aİ-kamerası Aİ-gözəlləşdirmə, HDR, “portret” rejimi və müxtəlif filter rejimlərinə malikdir.

Avtonomluğun dəstəklənməsi üçün yeni smartfon 5 000 mAh-lıq akkumlyatorla təchiz olunub.

Bu güclü batareya sayəsində, smartfon, əlavə şarj almadan, 47 gün gözləmə rejimində işləyə bilər. (realme Lab-ın test nəticələrinə əsasən). Həmçinin “realme C21”, cihazı portativ powerbank kimi istifadə olunması üçün reversiv şarj rejimini dəstəkləyir. Smartfon 2 nanoSIM slotları və bir 256GB həcmli microSD kart slotu ilə təchiz olunub.

Hər iki model mavi və qara rəngdə təklif olunur.

Yeni “realme 8 Pro” və “realme C21” smartfonları, inanılmaz keyfiyyəti, funksionalı və dəbli dizaynı ilə artıq azərbaycanlı istifadəçilərin ixtiyarındadır.  

Gulfstream Distribution “realme” şirkətinin Azərbaycandakı rəsmi distribyutorudur.

“realme” smartfonları haqqında daha çox məlumat almaq üçün “Facebook” və “Instagram” səhifələrini izəyin.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri