15 
İyl
2021
15:30
53
9
5766
Virtual karabakh

“Samsung” təqdim edir: “AI EcobubbleTM” intellektual paltaryuyan maşın

Geyimlərə qulluq, əsasən boş vaxtımızın çox hissəsini alır. Hər parça və geyimin özünə məxsus qulluq tələbləri vardır, öz yuyulma rejimi, qurudulma qaydası və s. Bu səbəbdən zərif və effektiv yuyulma diqqətlə düşünülmüş bir prosesdir. Hər kəs razılaşar ki, yuyulma prosesini hər dəfə başdan tənzimləməmək daha rahat olardı. Sözü gedən bu məqamları sadələşdirmək və asanlaşdırmaq üçün “Samsung”, “AI Ecobubble TM” ilə birlikdə ağıllı yuyulma təklif edir.

Süni intellekt hər şeyi bilir

Yeni “Samsung” paltaryuyan maşınlarına quraşdırılmış AI idarə etmə, yuma seçimlərinizi təhlil edərək yadda saxlayır və paltar növü və digər məqamlardan asılı olaraq, növbəti yumalarda tələb olunan rejimi özü təklif edə bilir. Bu səbəbdən, qurutma dövr sayını və ya temperatura hər dəfə nəzarət etməyə ehtiyac qalmır. Əlavə olaraq, AI idarə etmə paltaryuyan maşın ilə qurutma maşını arasındakı qarşılıqlı əlaqəni təmin edir, beləliklə qurutma maşını seçilən yuma proqramına uyğun qurutma rejimini avtomatik olaraq tənzimləyir. Yeni “Samsung AI Control” quruducularda təqdim olunan “ağıllı” “Optimal Dry” sistemi  isə rütubət, temperatur və istilik ötürülməsi kimi, üç sensordan istifadə edir. Daha yaxşı nəticə əldə etmək üçün bu parametrlər qurutma prosesi boyunca real vaxt rejimində tənzimlənir, bu səbəbdən geyimlər zədələnmədən qorunur və enerjiyə qənaət olunur.

Smartfondan asan idarəetmə

Yuyulmanı daha da asanlaşdırmaq üçün AI paneli yuyulma və qurutma prosesini uzaqdan idarə edə biləcəyiniz “SmartThings” tətbiqetməsinə qoşulub. Tətbiq, yuma dövrləri haqqında məlumat təqdim edə, yuma vaxtını tənzimləyə və səhvlər olduğu halda tövsiyələr verə bilir. Bundan əlavə, proqram geyimlərin çirklənmə vəziyyətindən asılı olaraq optimal yuma rejimini də təklif edəcəkdir. Siz daha vacib işlər görərkən yuma sizin cədvəlinizə uyğunlaşacaqdır. “Laundry Planner”, yuma prosesini istədiyiniz vaxtda təyin etməyinizə kömək edə, “Laundry Recipe” funksiyası isə ən yaxşı yuma dövrünü tövsiyə verə bilir. Əlavə olaraq, tətbiq həm IOS, həm də “Android” platformalarında dəstəklənir.

Beləliklə, “Samsung”un təqdim etdiyi yeni paltaryuyan və qurudan maşınları sərfəli və sürətli həllər axtaran istifadəçilərin ehtiyaclarını ödəmək üçün bənzərsiz texnologiyalarla təchiz edilib. Onlar, yuma müddətini azaldır, geyim və parçalara zərif qulluq edir, həmçinin su və enerji sərfiyyatını optimallaşdırırlar. Süni zəkanın istifadəsi sayəsində isə cihazlar istifadəçilərə tamamilə yeni yuma və qurutma təcrübəsi bəxş edirlər.

“Samsung” AI EcobubbleTM” paltaryuran və quruducu maşınları haqqında ətraflı məlumatı “Baku Electronics”, “Irşad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton”, “Optimal” və “World-Telecom” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri