28 
İyl
2021
03:22
18
101
4439
Virtual karabakh

Rəqəmsal məlumatları varislərə ötürmək üçün “zaman kapsulu” yaradılır

28 İyl, 2021
03:22
4439

Rəqəmsal məlumatları varislərə ötürmək üçün “zaman kapsulu” yaradılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı alimlər rəqəmsal məlumatları varislərinə ötürmək üçün blok zənciri texnologiyasından istifadə edəcək “zaman kapsulu” xidməti hazırlayırlar.

Bu barədə Mk.ru Milli Texnologiya Təşəbbüsü Platformasına istinadən xəbər yayır.

Qeyd edilir ki, “Zaman kapsulu” xidməti rəqəmsal məlumatların və varlıqların təhlükəsiz saxlanmasına imkan verəcək.

Bunlar insanların varislərinə ötürmək istədikləri “bitcoin” pulqabıların açarları, sosial şəbəkə şifrələri ola bilər.

Layihə meneceri Dmitri İzvekov əlavə edib ki, indi istifadəçilərin məlumatları müəyyən bir müddətdən sonra müəyyən şəxslərə ötürülməsi şərti ilə bütün lazımi məlumatları şifrəli formada saxlaya biləcəkləri bir layihə saytı yaradılır.

Saytda fotoşəkilləri, video mesajları, dəyərli əşyaların yerləşmə koordinatlarını və miras üçün digər müxtəlif mesajları “gizlətmək” mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri