Avq
2021
14:46
135
47
13658
Virtual karabakh

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ: Çoxdan gözlənilən funksiya əlavə olundu - FOTO/VİDEO

4 Avq, 2021
14:46
13658

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ: Çoxdan gözlənilən funksiya əlavə olundu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WhatsApp” yoxa çıxan foto və videoları göndərmə funksiyasını işə salıb.

Bu barədə şirkətin nümayəndələri məlumat yayıb.

İstifadəçilər “Bir dəfə bax” seçimindən istifadə edərək foto və video göndərə biləcəklər. Alıcı onları yalnız bir dəfə görəcək və bundan sonra fotolar avtomatik olaraq silinəcək.

Bənzər xüsusiyyət artıq “Instagram”da işləyir: alıcı şəkilə və ya videoya baxmaq üçün düyməni basır, video və ya şəkil bağlandıqdan sonra görüntü artıq əlçatan olmur.

“WhatsApp” xəbərdarlıq edir ki, bu funksiya şəkil və ya videoların “screenrecorder” (ekran yazıcıdan) istifadə edənlər tərəfindən yazılmayacağına zəmanət vermir.

Smartfonlar üçün “Bir dəfə bax” seçimi növbəti messencer yeniləməsində əlçatan olacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri