11 
Avq
2021
04:40
76
32
4138
Virtual karabakh

“Android” istifadəçilərinə virus XƏBƏRDARLIĞI

“Android” istifadəçilərinin sosial media hesabları oğurlana bilər.

Lenta.ru-nun məlumatına görə, bu barədə Amerikanın “Zimperium” şirkətinin mobil təhlükəsizlik üzrə ixtisaslaşmış analitikləri xəbərdarlıq ediblər.

Bildirilir ki, ilk dəfə 2021 -ci ilin martında ortaya çıxan zərərli proqram “FlyTrap” adlanır.

Araşdırmalar zamanı dünyanın 144 ölkəsində ən az 10 min insanın sözügedən troyan virusun qurbanı olduğu öyrənilib.

Analitiklər virusun vətəninin Vyetnam ola biləcəyini düşünürlər.

Virus həmçinin “Google Play Store” vasitəsilə də yayılıb: sayt rəhbərliyi ən az doqquz yoluxmuş proqramı silib (ancaq digər mağazalarda hələ də mövcuddur).

İddia olunur ki, zərərli proqramın əksəriyyəti istifadəçilərə “Netflix” və “Google AdWords” üçün promo kodları təklif edir, daha bir neçə tətbiq isə futbolla bağlıdır.

Tətbiqlərdən istifadə etmək üçün “Facebook”a daxil olmaq lazımdır. Troyan bir hesaba daxil olduqdan sonra istifadəçilərin şəxsi məlumatlarını, identifikatorlarını, məkan tarixçələrini, elektron poçt ünvanlarını və IP ünvanlarını, həmçinin sosial şəbəkədəki “cookie” fayllarını oğurlayır.

Bu, hakerlərin hesaba tam giriş əldə etməsinə və sonra öz məqsədləri üçün istifadə etməsinə (o cümlədən - qurbanın abunəçilərinə viruslu mesajlar göndərməyə) imkan verir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri