11 
Avq
2021
06:23
56
256
2821
Virtual karabakh

“TikTok” dünyada yüklənmə sayına görə “Facebook”u keçdi

11 Avq, 2021
06:23
2821

“TikTok” dünyada yüklənmə sayına görə “Facebook”u keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin qısa videoların yaradılması və baxılması üçün hazırlanmış mobil tətbiqi “TikTok” 2020 -ci ildə yüklənmə sayına görə “Facebook”u keçib.

Bu barədə “Nikkei”nin qlobal araşdırmasından məlum olur.

Bildirilir ki, “TikTok”un ABŞ və Britaniyada ümumi izləmə müddəti “YouTube”dan daha uzundur və vurğulanır ki, qısa videolar diqqət çəkməyə davam edəcək. 

2020-ci ildə yüklənmə sayına görə dünyanın ən yaxşı 10 tətbiqinin sıralanması isə belədir: “TikTok”, “Facebook”, “Whatsapp”, “Instagram”, “Facebook Messenger”, “Snapchat”, “Telegram”, “Likee”, “Pinterest” və “Twitter”.

“TikTok”un müvəffəqiyyəti digər səbəblərlərlə yanaşı, koronavirus pandemiyası ilə əlaqələndirilib. Reytinqdə “Telegram”ın səkkizinci yerdən yeddinci yerə yüksəlməsi isə “WhatsApp”ın yeni siyasətindən qaynaqlanıb.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri