11 
Avq
2021
17:16
57
25
3796
Virtual karabakh

“Kabinetim” ilə yeniliklərdən ilk sən xəbərdar ol!

11 Avq, 2021
17:16
3796

“Kabinetim” ilə yeniliklərdən ilk sən xəbərdar ol!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azercell”in unikal mobil tətbiqinin yenilənmiş versiyası artıq bütün platformalarda mövcuddur.

Abunəçilərə öz nömrəsinə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, tətbiqlərə qoşulmaq imkanı verən “Azercell”in “Kabinetim” mobil əlavəsinin daha da təkmilləşdirilmiş versiyası artıq istifadə üçün mümkündür. 

“Kabinetim”in yeni versiyasında təqdim edilən ən son təklifləri nəzərdən keçirmək üçün istifadəçilərin heç bir bölməyə keçid etməsinə ehtiyac yoxdur. Belə məlumatların “Kabinetim” hesabının ana səhifəsində əks olunması abunəçilərə xüsusi endirim və təkliflərdən dərhal yararlanmaq imkanını yaradır.

Tətbiqin yeni versiyasında, həmçinin, “push” bildirişlərlə bağlı istifadəçi təcrübəsi təkmilləşdirilib. Bununla da abunəçilər hətta tətbiq açıq olmasa belə, təqdim olunan yeniliklər, kampaniyalar və digər məlumatlara ani giriş imkanı qazanmış olurlar.  

Abunəçilərin işini hədsiz dərəcədə asanlaşdıran “Kabinetim” həm iOS, həm də “Android” əməliyyat sistemlərində çalışır. Tətbiqi abunə haqqı olmadan “App Store”, “PlayStore” və “Huawei AppGallery”dən pulsuz yükləmək mümkündür. “Kabinetim” avtomatik yenilənmədiyi təqdirdə, yükləmə üçün  bit.ly/Kabinetim keçidindən istifadə etmək olar. Həmçinin *110# kodunu yığmaqla da, tətbiqi yükləmək üçün birbaşa keçid linki əldə etmək mümkündür.

“Kabinetim”lə “Azerсell”in IVI, “Bookmate”, NNTV, “SberZvuk” və “BluTV” tətbiqlərinə abunə olmaq, həmçinin onları dostlarınla paylaşıb bonus balans qazanmaq mümkündür. Qeyd edək ki, “Kabinetim” tətbiqini yalnız smartfon deyil, həm də rahatlıqla veb platformada işlətmək mümkündür. Proqramdan istifadə zamanı meqabaytlar xərclənmir. Tətbiqin funksiyalarından faydalanmaq üçün sadəcə “Azercell” nömrəsi qeydiyyatdan keçirilməlidir.

Azercell şirkəti abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni bəxş etmək məqsədilə “Kabinetim” tətbiqini daim inkişaf etdirəcək. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 %, ölkə ərazisi üzrə əhatə dairəsi: 93,6 %, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,65 % təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq “Qızıl Stevie” mükafatı alan ölkənin yeganə şirkətidir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib.

“Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri