11 
Avq
2021
20:15
89
34
5688
Virtual karabakh

“Samsung” cihazlarına yeni baxış

11 Avq, 2021
20:15
5688

“Samsung” cihazlarına yeni baxış

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Samsung Electronics”, incə dizayn və qabaqcıl texnologiyanı özündə birləşdirən yeni nəsil əyilgən ekranlı cihazlar olan “Galaxy Z Fold3” və “Galaxy Z Flip3”ü təqdim edir. Üçüncü nəsil premium qatlana bilən smartfonların istehsalında, “Samsung” istifadəçilərinin əsas gözləntiləri olan cihazın davamlılığını və etibarlılığını, eyni zamanda əyilgən ekranı olan smartfonla qarşılıqlı əlaqə qurulması üçün bir sıra texniki xüsusiyyətlərin təkmilləşdirilməsini və interfeysin optimallaşdırılmasını təmin edib. Məşhur dizaynlardan tutmuş “immersive” təcrübəyə qədər, “Galaxy Z Flip3” və “Galaxy Z Fold3” istifadəçilərə işləmək və oynamaq üçün unikal funksiyalar təqdim edir.

Məhsuldarlıq və həyəcan dolu əyləncə axtaranlar üçün “Galaxy Z Fold3” yeni nəsil performanslı, 7.6 düymlük “Infinity Flex” ekranlı və qatlana bilən smartfonlar arasında ilk dəfə “S Pen”i dəstəkləyən ideal cihazdır. İlhamlandırıcı dizayn, təkmilləşdirilmiş kamera xüsusiyyətləri və daha böyük xarici ekran – budur yeni smartfonun əsas üstünlükləri. Həmçinin, “Galaxy Z Flip3” tərz və müasir texnologiyanın ahəngdar birləşməsini axtaranları sevindirməyə hazırdır. “Samsung” istifadəçiləri daima ən davamlı qatlana bilən cihazlar axtarışındadır. Bu səbəbdən, yeni nəsil “Galaxy Z” smartfonlarının istehsalı zamanı cihazların zədələnməyə qarşı dözümlülüyünə xüsusi diqqət yetirilib. “Galaxy Z Fold3” və “Galaxy Z Flip3” smartfonları ilk dəfə olaraq IPX8 suya davamlılığı dəstəkləyərək, istifadəçilərə istənilən hava şəraitində smartfondan rahat şəkildə istifadə edilməsini təmin edib. Hər iki cihazda cızıqlara və digər zədələrə qarşı ən dözümlü “Corning® Gorilla® Victus ™” şüşəsi ilə birlikdə “Galaxy” smartfonlarında ilk dəfə görəcəyiniz ən sərt metal olan “Armor” aluminium istifadə olunub. Bundan əlavə, “Galaxy Z Fold3” və “Galaxy Z Flip3” yeni ekran qoruyucusu və əsas ekran üçün təkmilləşdirilmiş örtük ilə təchiz edilib ki, bu da əvvəlki modellərə nisbətən smartfonları 80 % daha davamlı displey sahibi edir.

“Galaxy Z Fold3” açın və sevdiyiniz məzmunu alt kameralı 7.6” sərhədsiz ekranda seyr edərkən displeydə baş verənlərin ab havasına qərq olun. Ekranın yuxarı hissəsində yerləşən kamera dəliyinin minimum piksel sayı, “Galaxy Z Fold3” istifadəçilərinə ən sevdikləri tətbiqlər üçün daha böyük görüntü sahəsi təqdim edir. Ekrana tətbiq olunan yeni “Eco” texnologiyası daha az enerji istehlakı ilə 29 % daha yüksək parlaqlıq təmin edir. Axıcı istifadə təcrübəsi və cihazla sürətli qarşılıqlı əlaqə həm əsas, həm də xarici ekranlarda mövcud olan 120Hz yeniləmə sürəti ilə mümkün olub.

“Samsung Galaxy Z” seriyasında ilk dəfə olaraq “Note” seriyası pərəstişkarlarının sevdiyi “S Pen”dən istifadə təcrübəsini təqdim edir. İstifadəçilər çoxməqsədli işləmədə mükəmməl olan “Galaxy Z Fold3”ün əsas ekranı üçün tam optimallaşdırılmış “S Pen” xüsusiyyətlərindən istifadə edə bilərlər. “Galaxy Z Fold3”ün böyük əsas ekranında qeydlər aparmaq daha da asanlaşdı: video zənglər zamanı qeydlər aparın və ya elektron poçtunuzu yoxlayarkən görüləcək işlərin siyahısını yoxlayın. “S Pen” ilə “Galaxy Z Fold3” istifadəçiləri yaradıcılıq bacarıqlarını da inkişaf etdirə bilərlər.

“Galaxy Z Flip3” - cəlb edici rənglər, dəbdəbəli dizayn və üstün flaqman xüsusiyyətləri ilə fərqliliyinizi vurğulamağın əla yoludur. “Galaxy Flip3”, istifadəçilərə vacib anlarını paylaşmaq imkanı yaratmaq üçün yaradılıb. Qabaqcıl kamera xüsusiyyətləri və “Flex” rejimi, “S Pen”in güc düyməsinə iki dəfə basaraq qatlanmış “Galaxy Z Flip3” ilə selfi çəkdirməyə və ya foto-video çəkməyə imkan yaradır. Əlavə olaraq, 120Hz yenilənmə sürəti sayəsində istifadə axıcı, paylaşma isə daha sürətli şəkildə həyata keçirilir.

“Galaxy Z” ilə yanaşı, “Samsung” bütün gün rahatlıqla istifadə edəcəyiniz və üstün səs keyfiyyətinə malik “Galaxy Buds2” naqilsiz qulaqlıqlarını da təqdim edir. “Galaxy Buds Live” və “Galaxy Buds Pro”dan sonra, istifadəçilərin müxtəlif ehtiyaclarını ödəyən “Galaxy Buds” seriyasına yeni bir əlavəni qarşılayın. “Galaxy” ekosisteminin bir hissəsi olan TWS qulaqlıqları “Galaxy” smartfonları, planşetləri və ağıllı saatları üçün ideal əlavədir.

Bundan əlavə, “Samsung Electronics” yeni nəsil “Galaxy Watch4” və “Galaxy Watch4 Classic” modellərini də təqdim etdi. Bu “Samsung”un “Google™” ilə birlikdə yaradılmış “Wear OS ™” platformasını və “Samsung” tarixində istifadəsi ən asan interfeys olan “One UI Watch”u istifadə edən ilk qurğulardır. “Galaxy Watch4”, “Samsung”un yeni “BioActive” sensoru ilə təchiz olunub və ölçmə dəqiqliyini itirmədən daha yığcam hala gətirilib. Ağıllı saatlar, gündəlik fəaliyyətlərinizi təqib etmək və yeni nailiyyətlər əldə etməyə həvəsləndirmək üçün bir neçə sağlamlıq funksiyaları ilə təchiz edilib.

Saatların “Wear OS” platforması sadə, rahat və effektivdir. “Samsung”un yeni “One UI Watch” və “Wear OS” ilə istifadə təcrübəsi daha da asandır. Geniş funksionallıq təkmilləşdirilmiş prosessor, daha aydın və daha parlaq ekranlar və daha çox yaddaş daxil olmaqla texniki yeniliklərlə tamamlanır. “Galaxy Watch4” məhsul seriyası, əvvəlki nəslə nisbətən 20 % daha sürətli 5nm prosessor, 50 % daha çox RAM və 10 qat daha sürətli GPU ilə təchiz edilib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri