23 
Avq
2021
10:00
77
18
2578
Virtual karabakh

“Bang&Olufsen”in istirahət və səyahətlər üçün nəzərdə tutulan “Beosound Explore” akustika sistemi - FOTO/VİDEO

23 Avq, 2021
10:00
2578

“Bang&Olufsen”in istirahət və səyahətlər üçün nəzərdə tutulan “Beosound Explore” akustika sistemi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bang & Olufsen” şirkəti macəralar üçün yaradılmış, su buraxmayan etibarlı akustika sistemi olan “Beosound Explore” məhsulunu təqdim edir.

Rahat forma, optimal çəki və daxili karabin “Beosound Explore” sistemini maksimum portativ hala gətirir. Onun güclü dinamiklərə və səs gücləndiricilərinə malik unikal silindrşəkilli forması kempinq və yürüşlər zamanı rahat dinləmə üçün tələb olunan gur və güclü səsi təmin edir.

Sərgüzəştlərinizin nə qədər davam etməsindən asılı olmayaraq, səsucaldıcı 27 saatadək avtonom işi təmin edir. IP67 toz və sukeçirməmə standartı sayəsində akustika sistemi pis hava şəraitinə tab gətirir, heç bir nasazlıq yaşamadan suyun 1 m dərinliyində 30 dəqiqə qala bilir.

“Bang & Olufsen” şirkətinə xas səs imkanlarına və Skandinaviya üslubunda hazırlanmış dizayna malik “Beosound Explore” uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş ideal akustika sistemidir. O, portativ, möhkəm və səyahətə daim hazır vəziyyətdədir.

“Beosound Explore” sisteminin əsas xüsusiyyətləri aşağıdakılardır:

- Anodlaşdırılmış alüminiumdan hazırlanmış möhkəm korpus; 
- Səs istiqaməti: 360 dərəcə;
- Cızığadavamlılıq, IP67 standartı üzrə toz və rütubətdən müdafiə;
- 27 saatadək avtonom iş rejimi;
- Rahat forma və daxili karabin.

Səs

Səsucaldıcı açıq havada işləmək üçün köklənmiş 1,8 düymlük genişzolaqlı dinamiklərlə təchiz olunub. Korpusun silindrşəkilli forması, xüsusi DSP alqoritmi və “True360” texnologiyası dəstəyi sayəsində səsucaldıcı çoxistiqamətli səslənməni və dolğun bası təmin edir. Akustika sisteminin kempinqin mərkəzində qoyulmasından, qayanın başında yerləşdirilməsindən və ya çadırda asılmasından asılı olmayaraq, “Beosound Explore” güclü səslənməni, 27 saatadək avtonom iş rejimini təmin edir, bu isə akustika sistemini enerjiyə qoşmadan bütün gün ərzində istifadə etməyə imkan verir.

Rahat funksiyalar

“Beosound Explore” ilk akustik sistemdir ki, hazırlanmasında II növ anodlaşdırılmış alüminiumdan istifadə edilib. Bu, onun cızıqlara qarşı davamlılığını artırır və onu fəal istirahət üçün ideal sistemə çevirir.

Korpusun yuxarı hissəsində yerləşdirilmiş daxili idarəetmə elementləri səsləndirmə, fasilə və səsin möhkəmliyini tənzimləmə funksiyalarını idarə etməyə imkan verir. “Beosound Explore” “Bluetooth 5.2”, həmçinin “Apple”, “Google” və “Microsoft”un təqdim etdiyi sürətli qoşulma texnologiyasını dəstəkləyir. Bundan başqa, naqilsiz qoşulma iki səsucaldanı stereocütdə birləşdirməyə imkan verir.

Dizayn

“Beosound Explore” məhsulunun ən kiçik detalları belə nəzərə alınıb. Uyğun forması və optimal çəkisi sayəsində səsucaldıcı ələ rahat yerləşir, bu isə onu son dərəcə portativ edir. Korpusun möhkəm altlığına və alüminium karabinə malik akustika sistemini demək olar ki, istənilən səthdə yerləşdirmək mümkündür. Karabin üçün unikal daxili sıxaca malik elastik, müxtəlif hava şəraitlərinə qarşı dayanıqlı kəməri uzun yürüşlər zamanı qayışa və ya bel çantasına bərkitmək mümkündür, bu isə səsucaldanın rahat və etibarlı daşınmasını təmin edir. İdarəetmə paneli istənilən şəraitdə - suda, qumda, kirli halda və hətta əlcəklə fasiləsiz istifadə üçün işlənib hazırlanıb. Möhkəm xarici örtüyə malik olmasına rəğmən akustika sistem cəmi 631 qram çəkiyə malikdir, bu isə sizə səyahət zamanı rahat manevr etmək imkanı verir.

Skandinaviya landşaftı üçün səciyyəvi olan meşələri, buzlaqları və fyordları xatırladan səsucaldıcı qara antrasit, yaşıl və ya boz duman rənglərindədir. Alüminium korpus əl ilə rahat tutulur və istifadəçilər üçün asan anlaşılandır. Hazırlanmış olduğu premium keyfiyyətli materialları və kompakt dizaynı sayəsində “Beosound Explore” həyatın istənilən macəraları üçün uyğundur.

Musiqi dinləməyi və açıq havada (dənizdə, dağda, meşədə və s.) istirahət etməyi, sərgüzəşt və səyahətləri sevirsinizsə “Beosound Explore” yola çıxarkən özünüzlə götürmək üçün ideal musiqi səsucaldıcısıdır. O, sizin səfərinizi bəzəyəcək və unudulmaz musiqili anlar bəxş edəcək.

QİYMƏTİ - 499 AZN.

“Bang & Olufsen” şirkətinin istehsal etdiyi daha bir məhsulu istirahət və turistik səfərlər üçün nəzərdə tutulub. Söhbət təkmilləşdirilmiş dizayna, yenilənmiş istifadəçi interfeysinə və çoxsaylı yeni funksiyalara malik güclü və portativ 2-ci nəsil “Beosound A1” akustika sistemindən gedir. Bu məhsulun kompakt, rütubət keçirməyən korpusu 18 saatadək fasiləsiz səsləndirməni təmin etməklə onu istənilən yerə aparmağa imkan verir. Bu kompakt modelin səslənməsi isə istənilən gözləntini üstələmək iqtidarındadır. “Beosound A1 2nd Gen” sistemi A1 modelinin əvvəlki nəsil məhsullarından 5% daha yüngül, 1 millimetr daha nazikdir. Korpusun xarici aşağı hissəsi daha nazik hala gətirilib ki, bu da səsucaldıcıya eleqant, incə görkəm bəxş edir.

QİYMƏTİ - 629 AZN.

Azərbaycanda “Bang&Olufsen” şirkətinin məhsullarını Italdizain”, Alma Store, Kontakt HomeIrshad mağazalarından əldə edə bilərsiniz.

“Bang & Olufsen” 1925-ci ildə Danimarkanın Struer şəhərində əsası qoyulmuş lüks səs brendidir. Şirkətin yaradıcıları olan Piter Banq və Svend Olufsenin yanaşması və işə sadiqliyi indiyədək şirkətin fəlsəfəsinin əsasını təşkil edir.

Təxminən bir əsrə yaxın müddətdir ki, “Bang & Olufsen” şirkəti səs texnologiyaları haqqında təsəvvürləri genişləndirir və akustik innovasiyaların ön cərgəsində qalmaqda davam edir. Şirkətin məhsulları bu gün də gözəl musiqinin, zamanı qabaqlayan dizaynın və təkraredilməz yaradılma ustalığının unikal ahəngini təcəssüm etdirir. Şirkətin yenilikçi və qabaqcıl məhsulları bütün dünyada “Bang & Olufsen” mağazalarında, bang-olufsen.com saytı vasitəsilə və bir sıra pərakəndə satış mağazalarında satılır.

Şirkətdə 700-dək işçi çalışır. Brend 70-dən çox ölkənin bazarında təmsil olunur. “Bang & Olufsen” şirkətinin səhmləri “NASDAQ Copenhagen A/S” fond birjasında ticarət olunur. 
Daha ətraflı məlumatı www.bang-olufsen.com saytından əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri