11 
Sen
2021
04:59
20
70
1107
Virtual karabakh

“Star Wars” oyununun remeyki anons edilib - VİDEO

11 Sen, 2021
04:59
1107

“Star Wars” oyununun remeyki anons edilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“PlayStation Showcase” onlayn təqdimatı zamanı “Star Wars: Old Republic Knights” adlı video oyunun remeyki elan edilib. Təqdimat “PlayStation”ın rəsmi “YouTube” kanalında keçirilib.

Qısa tizerdə qırmızı işıq saçan qılıncını tutan Lord Dart Revan əks olunub.

Oyunun orijinalı 2003 -cü ildə çıxıb. Burada “Ulduz müharibələri” kinosaqasında göstərilən hadisələrdən dörd min il əvvəl baş verənlər haqqında danışılır. Tənqidçilərdən müsbət rəylər alan oyun bir neçə profilli nəşrə görə “İlin ən yaxşı oyunu” mükafatına layiq görülüb.

Remeyk “Lucas Films Games” ilə əməkdaşlıq edən “Aspyr” şirkətinin tərtibatçıları tərəfindən yaradılıb. Video oyun fərdi kompüterlərdə və “PlayStation 5”də çıxacaq.

Reliz tarixi açıqlanmayıb.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri