28 
Sen
2021
10:00
12
77
2392
Virtual karabakh

Azərbaycanda yeni “iPad” məhsulunu erkən sifariş etmək nə zaman mümkün olacaq?

28 Sen, 2021
10:00
2392

Azərbaycanda yeni “iPad” məhsulunu erkən sifariş etmək nə zaman mümkün olacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci il sentyabrın 14-də “Apple” özünün yeni məhsulu olan məşhur “iPad”i yenilədi. Bu məhsul istənilən yerdə iş, yaradıcılıq təlimi və ünsiyyət üçün daha böyük imkanlar yaradacaq. 
Əgər çoxdan “iPad” almaq barədə düşünürsünüzsə yeni məhsulu elə indi sifariş edin, çünki məhsul sayı məhduddur. 

Güclü, sürətli və çoxfunksiyalı.

9-cu nəsil yeni “iPad” güclü “A13 Bionic” çipi ilə təchiz edilib. Bu çip məhsulu əvvəlki nəsil ilə müqayisədə 20 % daha sürətli etməklə daha böyük məhsuldarlığı təmin edir. Hətta ən ağır tətbiqləri və ya oyunları belə yeni “iPad”də asanlıqla işlətmək mümkündür. Cihaz 1 gün enerjiyə qoşulmadan işləmək imkanına malikdir

“Slide Over” və ya “Split View” funksiyaları sayəsində yeni “iPad” qüsursuz çoxfunksiyalılığı təmin edir. Bu funksiyalar eyni zamanda bir neçə tətbiqlə işləməyə və hətta onların məzmununun yerini dəyişməyə imkan verir. Birinci nəsil “Apple Pencil”i dəstəkləyən “iPad” gümüşü və tünd boz olmaqla 2 rəngdə təqdim edilir.

Yeni “iPad” yeni ön kameraya malikdir. 12 meqapiksel genişlənməyə malik genişbucaqlı matrisa əvvəlki ilə müqayisədə daha aydın şəkillər çəkməyə imkan verir. Bundan başqa, artıq kadra daha çox obyekt yerləşir deyə qrup şəklində selfilər çəkmək və ya videokonfranslar həyata keçirmək daha da asanlaşacaq.

İlk dəfə olaraq 10,2 düymlük “Retina iPad” displeyində peyda olan “True Tone” funksiyası ekranda olanları məkanın rəng temperaturuna uyğunlaşdırır. 

Videoçəkilişlər aparmaq artıq daha asandır. “iPad Pro”nun təqdim etdiyi “Center Stage” funksiyasından artıq “iPad”də də faydalana bilərsiniz. Bu opsiya sayəsində “FaceTime” və digər xarici tətbiqlərdə videozənglər daha təbii və əyləncəli olur: söhbət edən şəxsləri bir-birinin diqqət mərkəzində saxlamaq üçün kamera avtomatik olaraq fırlanır. Söhbətə başqa şəxslər qoşulanda kamera həmin şəxsləri tapır və onları söhbətə əlavə etmək üçün miqyası balacalaşdırır.

Yeni “iPad” əvvəlki nəsil məhsulla müqayisədə 2 dəfə daha çox (64 GB) yaddaşa malikdir. Əgər tətbiqləri, kitabları, oyunları, fotoları və videoları saxlamaq üçün daha çox yerə ehtiyac duyursunuzsa 256 GB modifikasiyasını da seçə bilərsiniz.

Azərbaycanda yeni “iPad” məhsulunu artıq 24 sentyabrdan erkən sifariş etmək mümkündür. Məhsulun qiyməti 869 AZN-dən başlayır.

Erkən sifarişi “Apple” şirkətinin rəsmi tərəfdaşlarının saytları vasitəsilə edə bilərsiniz: 

Azərbaycandakı tərəfdaşların siyahısına - “Alma Store”, “KontaktHome”, “, Irshad Electronics”, “Baku Electronics”, “MyShops” mağazaları daxildir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri