30 
Sen
2021
06:00
155
25
8557
Virtual karabakh

Telefonun batareyasının ömrünü uzatmağın yolları açıqlanıb

30 Sen, 2021
06:00
8557

Telefonun batareyasının ömrünü uzatmağın yolları açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Enerji qənaət rejimi batareyanın ömrünü uzadır, ancaq bu funksiyanı hər zaman saxlamağa ehtiyac yoxdur.

Bunu "Roskachestvo" şirkətinin rəqəmsal məhsulların sınanması üzrə baş mütəxəssisi Sergey Kuzmenko deyib.

Onun sözlərinə görə, enerjiyə qənaət rejimi smartfonun batareyasının ömrünü uzada bilər.

“Onun şarj səviyyəsi 30 faizdən aşağı düşməsə daha uzun müddət işləyir”, - deyən mütəxəssis bunun üçün uyğun parametrləri təyin edərək, enerji qənaət rejimindən istifadə edə biləcəyimizi vurğulayıb.

Ancaq bunula belə Kuzmenko enerjiyə qənaət rejimi aktiv olarkən cihazı daim internetdə saxlayan proqramlar söndürüldüyü üçün, rejimi daim açıq saxlamağa ehtiyac olmadığını qeyd edib.

“Məsələn, cihazda canlı divar kağızları və çoxsaylı vidjetləri varsa, kontaktlar, hesablar və müxtəlif xidmətlərinin daim sinxronizasiyası istifadəçi üçün vacibdirsə, enerji qənaət rejimi cihazın işinə mənfi təsir göstərə bilər”, - deyə Kuzmenko xəbərdarlıq edib.

O, əlavə edib ki, enerji qənaət rejimi simsiz əlaqələri - xüsusən 4G formatında olan mobil internet, həmçinin Wi -Fi, GPS və “Bluetooth”u xeyli ləngidir.

Mənbə: “Sputnik”

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri