30 
Sen
2021
16:50
85
57
1973
Virtual karabakh

“Bakcell” pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

30 Sen, 2021
16:50
1973

“Bakcell” pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakcell” şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ilə birlikdə valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə dəstək göstərir.

Uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilən daha bir layihə - “COVİD-19 pandemiyası zamanı gənclərin təhsilinin kəsintisiz davam etməsinə dəstək” təşəbbüsü sayəsində 30 nəfər gənc karantin zamanı təhsillərini onlayn davam etdirə bilib. Bu məqsədlə Bakı və Gəncədə yerləşən SOS Uşaq Kəndləri lazımı sayda kompüter və internet bağlantısı ilə təchiz olunub. Nəticədə, təşkilatın himayəsindəki gənclərin təhsil və davamiyyət göstəriciləri pandemiyadan öncəki 2018/2019-cu təhsil ilinin göstəricilərini üstələyib.

“COVID-19 bütün dünyanı dəyişib və biz KSM Strategiyamızın ən prioritet istiqamətlərindən olan gənclərin təhsilinə töhfə vermək üçün yeni üsullar tapmalı olduq. Biz daha çox uşağın keyfiyyətli təhsil alması üçün əlimizdən gələni edirik, çünki uşaqlar bizim gələcəyimizdir”, -deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.

Qeyd edək ki, “Bakcell” 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Milli KSM Mükafatı 2018″ mükafatına layiq görülüb. Layihə assosiasiyanın himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə icra olunub. Layihədə iştirak edən gənclər “Bakcell”in maliyyə dəstəyilə öz kiçik bizneslərini qurublar.

“Bakcell” şirkətinin həyata keçirdiyi “Bakcell Stars” KSM proqramı ölkənin ən geniş-miqyaslı korporativ sosial məsuliyyət proqramlarından biridir. Proqramın əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclər üçün bərabər hüquq və imkanların yaradılması, onların cəmiyyətə inteqrasiyasının dəstəkləməsi ilə yanaşı gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahının yaxşılaşdırılmasıdır.

***

“Bakcell” haqqında

Azərbaycanın İlk Mobil Operatoru “Bakcell” şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

“Bakcell” və onun məhsul, xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası İctimai Birliyi haqqında

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi 1997-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə dünyanın 137 ölkəsində fəaliyyət göstərən “SOS Kinderdorf İnterneyşnl” Beynəlxalq Təşkilatı arasında imzalanmış razılaşmaya əsasən, 1999-cu ildə təsis edilib. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001 - ci ildə Bakı SOS Uşaq Kəndinin rəsmi açılış mərasimi keçirilib. 2005-ci ildə isə Gəncə SOS Uşaq Kəndi öz fəaliyyətinə başlayıb. Artıq 20 ildir fəaliyyət göstərən “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyinin əsas məramı kimsəsiz, valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə tipli qayğı göstərmək, uşaqların müəssisələrə düşməsinin qarşısını almaq və çətin həyat şəraitində olan ailələri sosial xidmətlərlə təmin etməkdir.

SOS Uşaq Kəndləri Azərbaycan və onun fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.soschildren.az internet səhifəsinə daxil olun və ya 012 498 82 98-ə zəng edin.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri