Okt
2021
10:45
16
172
4180
Virtual karabakh

İnanılmaz güc: Yeni “iPhone 13”ün Azərbaycandakı satışlarının startı barədə bilmək istədiyiniz hər şey - FOTO

8 Okt, 2021
10:45
4180

İnanılmaz güc: Yeni “iPhone 13”ün Azərbaycandakı satışlarının startı barədə bilmək istədiyiniz hər şey - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 14-də bütün dünyada “Apple”ın pərəstişkarları yeni “iPhone 13”ün təqdimatını izləyirdilər. Artıq oktyabrın 15-də Azərbaycanda məhsulun rəsmi satışına start verilir!

Əsl “Apple” pərəstişkarlarına “Apple”ın rəsmi tərəfdaşlarının tərəfindən rəsmi satışların nə olduğunu əlavə izah etməyə ehtiyac yoxdur. Əgər öz “iPhone 13”nüzdən ideal istifadəçi təcrübəsi, keyfiyyətli dəstək və qurğunuza təminat əldə etmək istəyirsinizsə, bu imkanı artıq 2 həftə sonra qazanacaqsınız: oktyabrın 15-də yeni “iPhone 13”ün Azərbaycanda satışına başlanılır. Ənənəvi olaraq defisit olacağı güman edilən çoxdan gözlənilən bu cihazlar üçün erkən sifariş bu gündən açılıb.

Bütün dünyada ən güclü

“iPhone 13” xətti bütün parametrlərinə görə bütün “iPhone” qurğuları sırasında ən innovasiyalı məhsuldur. İki kameranın yeni inqilabi diaqonal yerləşməsi həllindən və super möhkəm displeyindən başlayaraq olduqca sürətli A15 çipi və inanılmaz dərəcədə güclü akkumulyatora qədər, “iPhone 13” xəttinin qurğuları görünməmiş keyfiyyət və səmərəlilik səviyyəsində istənilən rəqəmsal məsələnin öhdəsindən gəlməyə qadirdilər.

“iPhone 13”ün hər yeni funksiyası və imkanları üzərində ətraflı dayanaq:

Fotoçəkilişdə sıçrayış

“iPhone 13” üçün yeni yerləşmə sxeminə malik ən mükəmməl iki kameralı sistem hazırlanıb – obyektivlər indi diaqonal üzrə çevrilib. Yeni genişbucaqlı kamera səsin azaldılması üçün 47 faiz çox işıq tutmağa qadirdir, buna görə də görüntülər xüsusən parlaq və dəqiq alınır. Əvvəllər yalnız “iPhone 12 Pro Max”da əlçatan olan və heç bir digər smartfonda olmayan unikal “Sensor-shift OIS” optik stabilizasiya texnologiyası isə şəkilləri sabitləşdirərək, ideal edir.

Bu hələ hamısı deyil. Xüsusi hazırlanmış yeni sensorlu genişbucaqlı kamera fotoşəkillərin qaranlıq sahələrində təsvirləri daha yüksək dəqiqliklə, videoları isə daha az səs-küylə çəkir.

“Smart HDR 4” mürəkkəb şəraitdə belə fotoşəkildəki hər obyekt üçün daha yaxşı rəng, kontrast və işıqlanmanı təmin edir və təsvirləri daha realistik edir.

Film səviyyəsində videolar

“iPhone 13”də həm əsas, həm də frontal kamerada “Dolby Vision HDR”li yeni “Kinoeffekt” rejimi tətbiq edilib. Onun vasitəsi ilə gözəl dərinlik effekti və fokusun avtomatik dəyişdirilməsi ilə video çəkmək mümkündür, odur ki, hər kəs kino kimi görünəcək video çəkə biləcək. “iPhone 13” yeganə smartfondur ki, hətta çəkilişdən sonra belə videodakı sərtliyin dərinlik effektini redaktə etməyə imkan verir.

Gözəl və davamlı dizayn

“iPhone” 13 daxildən və xaricdən yenidən işlənilib. 6,1 düymlük displey “iPhone”a xas eksklüziv və istənilən smartfonun şüşəsindən daha sərt keramik displeylə təchiz edilib; alüminium çərçivə “iPhone 13”ə və “iPhone 13 mini”yə zəriflik bəxş edir. Yeni flaqman öz sahəsinin ən yüksək IP68 3 sukeçirməzlik reytinqinə malikdir.

Təkmilləşdirilmiş “Super Retina XDR” OLED-displeyləri inanılmaz kontrast əmsalını və qara çalarların dəqiq ötürülməsini təmin edir. Gün işığında “Super Retina XDR” OLED-displeyi 28 faiz parlaqdır, lakin bu zaman enerjidən daha səmərəli istifadə edir.

Olduqca yüksək məhsuldarlıq

“A15 Bionic” prosessorunun fəaliyyəti digər smartfonlardakından 50 faizə qədər daha güclüdür, bu isə “iPhone 13”ün daha yüksək məhsuldarlığını və daha yüksək enerji effektliyini təmin edir.

Yeni qrafik prosessor rəqiblərdəkindən 30 faizə qədər sürətlə çalışır və intensiv qrafikalı oyunlarda daha realistik vizual effektlər və işıq effektlərini təmin edir.

Avtonom iş zamanının artırılması

“iPhone 13”ün avtonom iş zamanı “A15 Bionic” çipi, daha güclü akkumulyator və enerji sərfiyyatının optimallaşdırılması sayəsində xeyli artıb. “iPhone 13” inanılmaz avtonom iş zamanını təmin edir - “iPhone 12” ilə müqayisədə gündə 2,5 saata qədər daha çox. 

“iPhone 13” 5 əla rəngdə təqdim olunur: çəhrayı, göy, “zülmət gecə”, “parlaq ulduz” və (PRODUCT) RED. Yaddaşın həcmi - 64, 128 və 256 GB-dir.

“iPhone 13” və “iPhone 13 mini” yaddaş həcminin 3 variantına malikdirlər - 128 GB, 256 GB, 512 GB, “iPhone 13 Pro” və “iPhone 13 Pro Max” isə 1 TB yaddaşı olan ilk “iPhone” cihazları olacaqlar.

Sizin üçün Azərbaycanda “iPhone 13”ün rəsmi satış tərəfdaşlarından erkən sifariş ünvanlarını topladıq: “Alma Store”, “Kontakt Home”, “Irshad”, “Baku Electronics”, “MyShops”, “Azercell”.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri