13 
Okt
2021
01:46
51
25
1108
Virtual karabakh

“Instagram” texniki nasazlıqlarla bağlı yeni funksiya hazırlayır

13 Okt, 2021
01:46
1108

“Instagram” texniki nasazlıqlarla bağlı yeni funksiya hazırlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Instagram” sosial şəbəkəsi istifadəçilərini texniki nasazlıqlar barədə məlumatlandıracaq.

Bu barədə sosial şəbəkənin mətbuat xidməti məlumat yayıb.

“Nasazlıq və ya texniki problemlə qarşılaşdığımız zaman, həmçinin onların aradan qaldırılması zaman sizi xəbərdar edəcək yeni bir xüsusiyyəti sınaqdan keçiririk”, - deyə mesajda bildirilir.

Sosial şəbəkələrdə bildirişlər yalnız xeyli sayda istifadəçi üçün nəzərə çarpan böyük problemlər olduqda göndəriləcək.

Yeniliyin yoxlanılmasının bir neçə ay çəkəcəyi gözlənilir.

Bundan əlavə, şirkət istifadəçilərə yayımladıqları məzmunun sosial şəbəkə qaydalarına zidd ola biləcəyi ilə bağlı xəbərdarlıqlar etmək niyyətindədir. Bunu üçün tətbiqdə yeni “akkaunt statusu” nişanı görünəcək.

Xatırladaq ki, “Facebook”, “Instagram”, “WhatsApp” və şirkətə məxsus bir sıra digər tətbiqlər oktyabrın 4-də təxminən yeddi saat ərzində istifadəçilər üçün əlçatmaz olub. “Facebook” üçün bu, tarixinin ən böyük nasazlığı olub. Davam edən hadisələr fonunda sosial şəbəkənin aksiyaları təxminən beş faiz ucuzlaşıb, şirkətin qurucusu Mark Zukerberg isə təxminən yeddi milyard dollar pul itirib.

Onu da qeyd edək ki, “Facebook”dakı nasazlıqdan sonra “Twitter”, “Google”, “Amazon”  “YouTube”, “Viber”, “Tinder”, “Netflix”, “Zoom” və “Snapchat”ın da işində nasazlıqlar yaranmışdı.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri