18 
Okt
2021
11:40
28
176
5129
yuxarı
Türkiyədən niyə “powerbank” sifariş etmək olmur? - DGK-dən AÇIQLAMA
18 Okt, 2021
11:40
5129
28
176
Türkiyədən niyə “powerbank” sifariş etmək olmur? - DGK-dən AÇIQLAMA
Azərbaycanın karqo şirkətləri Türkiyədən alınan “powerbank” məhsullarını ölkəyə gətirə bilmir. Sifariş edilən mallar xaricdəki anbara çatdıqdan sonra müştəriyə məlumat verilərək, geri qaytarılır.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, buna Türkiyə tərəfi icazə vermir:
“Komitənin bununla bağlı heç bir qadağası yoxdur. Sözügedən məhsulların gətirilməsinə Türkiyənin müvafiq qurumları icazə vermir.
“Powerbank”lar litium tərkibli olduğuna görə, Türkiyədə təhlükəli mallar qrupuna daxil edilib”.