21 
Okt
2021
03:58
100
16
4039
Virtual karabakh

“Google”da düzgün axtarışın beş sirri açıqlandı - VİDEO

21 Okt, 2021
03:58
4039

“Google”da düzgün axtarışın beş sirri açıqlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

@boshnikof ləqəbli rusiyalı bloqer hər hansı bir sorğu üçün ən uyğun məlumatı tapa bilmək üçün “Google”da düzgün axtarışının beş sirrini açıb.

Bununla bağlı video bloqerin “TikTok” hesabında yerləşdirilib.

Videonun müəllifi iddia edir ki, ən vacib ifadələr dırnaq (“”) işarəsinin içində yerləşdirilsə, “Google” hər sözü ayrı-ayrılıqda yox, bütövlükdə axtaracaq.

Unudulmuş sözün yerinə isə o, ulduz (*) işarəsi qoymağı məsləhət gördü. Beləliklə, axtarış motoru sorğunu özü tamamlayacaq.

Bloqer axtarış nəticələrində lazım olmayan sözləri necə silə biləcəyinizi də izah edib. Bunu etmək üçün lazımsız sözün önünə defis (-) qoyulmalıdır.

Dördüncü üsul “Filetype” funksiyasından istifadə etməkdir. “Google”un yalnız müəyyən fayl növlərini göstərməsi üçün axtarış çubuğuna “Filetype” yazmalı, iki nöqtə (:) qoymalı və “pdf”, “pptx” və ya başqa bir format göstərməlisiniz.

“Və beşincisi: lazımsız durğu işarələrini çıxarın. “Google” onsuz da onları anlamır”, - deyə videonun müəllifi sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri