29 
Okt
2021
15:32
98
82
3078
Virtual karabakh

“Facebook”un loqotipi dəyişdi - FOTO/VİDEO

29 Okt, 2021
15:32
3078

“Facebook”un loqotipi dəyişdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” şirkəti ABŞ-da yerləşən baş qərargahındakı bilbordlarında yeni loqolarını nümayiş etdirib. Sosial şəbəkələrdə “Facebook”un Kaliforniyadakı baş ofisinin qarşısından bir neçə foto yayılıb. Görüntülərdə şirkətin loqosunun mavi sonsuzluq işarəsinə dəyişdirildiyi görünür.

Xatırladaq ki, Mark Zukerberq dünyanın ən böyük sosial şəbəkəsi “Facebook”, həmçinin “Messenger”, “WhatsApp” və “Instagram” da daxil olmaqla xidmət markalarını qorumaqla, şirkətin adının “Facebook”dan “Meta”ya dəyişdiyini açıqlayıb. Zukerberqin sözlərinə görə, “Meta” - yunanca “sonra” sözündəndir.

Xatırladaq ki, ötən həftə “Facebook”un “metakainat”ın qurulması yönündə diqqətini əks etdirmək üçün adını dəyişdirmək planları barədə mətbuatda məlumat yayılmışdı.

Qeyd edək ki, şirkətin qurucusu Mark Zukerberqin virtual dünya – “metakainat” planları cari ilin iyul ayında məlum olmuşdu. Onun sözlərinə görə, istifadəçilər bu virtual aləmdə bir-birini görüb-eşitməklə yanaşı, həm də fiziki olaraq hiss edə biləcəklər.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri