10 
Noy
2021
10:54
46
17
1170
Virtual karabakh

NETTY 2021-in İnternet-Mükafatı müsabiqəsi davam edir: 150-dən artıq müxtəlif ərizələr təqdim edilib

10 Noy, 2021
10:54
1170

NETTY 2021-in İnternet-Mükafatı müsabiqəsi davam edir: 150-dən artıq müxtəlif ərizələr təqdim edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda NETTY2021-in Milli İnternet-Mükafatı müsabiqəsi davam edir. Müsabiqə çərçivəsində əhəmiyyətli veb-resursların, ən yaxşı Azərbaycan İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlərin adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.

Müsabiqə iştirakçılarının ərizə qəbulu, virtual münsiflər heyətinin və ekspert şurasının formalaşması noyabrın 30-u tarixinədək www.netty.az saytında davam edəcək. Hal-hazırda 150-dən artıq müxtəlif ərizə təqdim edilib.

Dekabrın 1-dən 7-dək namizədlərin siyahısını formalaşdırmaqla Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin səsverməsi keçirilir. Dekabrın 8-də NETTY Akademiyası namizədlər arasından qalibləri müəyyən etmək üçün səsverməyə başlayacaq.

NETTY2021 qalibləri rəsmi olaraq mükafatlandırma mərasimində elan olunacaq. COVID-19 ilə əlaqədar tədbir hibrid rejimdə keçiriləcək.

Müsabiqənin əsas mükafatı olan NETTY qaliblərə təqdim edilir, nominantlar müvafiq olan diplomları alırlar. Tədbir KİV-in və internet auditoriyasının diqqətinə çatdırılır.

Aşağıdakı istiqamətlər üzrə mükafata namizəd olmaq mümkündür: vebsaytlar, tətbiqlər, sosial platformalardakı resurslar.

Qaliblər elan edilmiş əsas nominasiyalar üzrə hər bir istiqamətdə müəyyən ediləcək.

İştirakçılar aşağıdakı üç meyara görə qiymətləndirilir: ideya, məzmun və icra.

Ərizələrin qeydiyyatı ödənişlidir. Yalnız təşkilat komitəsi tərəfindən təsdiqlənmiş ərizələr üçün ödəniş linki göndəriləcək və ərizəçilər iştirak etməyə davam edəcək.

Səsvermənin başlanğıcına qədər müsabiqənin bir hissəsi olmaq üçün bir neçə variant var - iştirakçı, virtual münsiflər heyətinin üzvü və ya müsabiqənin eksperti olmaq olar.

“İştirakçılar” - müsabiqənin saytında öz layihələrini, proqramlarını, veb-resurslarını, sosial şəbəkələrdə səhifələrini qeydiyyatdan keçirmiş istifadəçilərdir.

“Virtual münsiflər heyəti” internet istifadəçilərindən formalaşır. Sosial şəbəkələrdən istifadə edərək mükafatın saytında qeydiyyatdan keçmiş istifadəçilər münsiflər heyətinin üzvü ola və namizədlərin seçilməsində iştirak edə bilərlər. Münsiflər heyəti “Virtual Münsiflər Heyətinin Seçimi” nominasiyasında iştirak edənlərin siyahısından üç nəfər olmaqla seçilir.

“Ekspert Şurası” müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılır və dizayn, proqramlaşdırma, marketinq, jurnalistika və s. sahələr üzrə mütəxəssislərdən ibarətdir. Ekspert şurası hər bir nominasiya üzrə və hər istiqamət üzrə üç namizəd seçir.

“NETTY Akademiyası” Azərbaycanın ictimai, dövlət və biznes strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur. Akademiya hər bir sahə üzrə mövcud nominasiyaların qalibini müəyyən edir.

2021-ci ildə NETTY çərçivəsində saytlar, tətbiqlər və sosial səhifələr arasında resurslar aşağıdakı əsas nominasiyalar üzrə qiymətləndiriləcək:

1. Dövlət və cəmiyyət

2. Biznes və maliyyə

3. Elm, təhsil və innovasiya

4. Səhiyyə, idman və turizm

5. İnformasiya və xəbərlər

6. Mədəniyyət, incəsənət və yaradıcılıq

Müsabiqədənkənar fəxri nominasiyalar üzrə də qaliblər müəyyən olunacaq:

7. İlin İT hadisəsi

8. “Azərbaycanda İT-nin inkişafının zənginləşdirilməsinə görə” nominasiya

Bu il mükafatı dəstəkləyənlər:

Baş partnyor - NAR.

Mükafatın rəsmi tərəfdaşları “Golden Pay”, “SmartHost”, Renley.az-dır.

Layihənin informasiya tərəfdaşları: Oxu.Az, Media.az, İctimai TV, Infocity jurnalı, Kaspiy qəzeti.

Mükafatla əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlayın.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri