11 
Noy
2021
08:35
44
79
4053
Virtual karabakh

Smartfonun köməyi ilə evdə radiasiyanı ölçmək mümkün imiş

11 Noy, 2021
08:35
4053

Smartfonun köməyi ilə evdə radiasiyanı ölçmək mümkün imiş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Smartfonda müxtəlif proqramlardan istifadə edərək elektromaqnit şüalanmanı ölçmək olar.

Bu barədə fizika-riyaziyyat elmləri namizədi, MİREA Rusiya Texnologiya Universitetinin keyfiyyətin idarə edilməsi və sertifikatlaşdırma şöbəsinin müdiri Maksim Nazarenko bildirib.

“Mikrodalğalı soba, telefon və hətta avtomobil siqnalizasiyasının pultu - bütün bu qurğular elektromaqnit sahəsini dəyişir, yəni onların işləməsi nəticəsində elektromaqnit şüalanması yaranır”, - deyə mütəxəssis vurğulayıb.

O, hazırda bunu hesablamaq üçün çoxsaylı tətbiqlərin mövcud olduğunu bildirib. Ekspertin sözlərinə görə analizator kimi telefon antenası və detektorlardan istifadə olunur.

Nazarenko hesablamalarda səhvlərin ola biləcəyi barədə xəbərdarlıq edib, bununla belə o, ümumi təsvirin yaranacağını vurğulayıb.

“Şəhər mənzilində bu göstərici adətən 30-100 millitesla arasında olur”, - deyə Nazarenko əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri