12 
Noy
2021
05:18
22
80
1686
Virtual karabakh

“Instagram” yeni faydalı funksiyanı sınaqdan keçirir - VİDEO

12 Noy, 2021
05:18
1686

“Instagram” yeni faydalı funksiyanı sınaqdan keçirir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Instagram” sosial şəbəkəsi istifadəçini lentə baxmağa fasilə verməsi barədə xəbərdar edəcək yeni funksiyanı sınaqdan keçirir.

Bu barədə xidmətin rəhbəri Adam Mosseri “Twitter” səhifəsində məlumat verib.

“Bu həftə biz “Take a break” (“Fasilə et”) funksiyasını sınaqdan keçirməyə başladıq. Bu opsiya sizə seçdiyiniz vaxtdan sonra fasilə vermək üçün tətbiqdə xatırlatma almağa imkan verəcək”, - deyə mesajda bildirilir.

Planlaşdırılır ki, sınaq uğurlu olarsa, artıq dekabr ayında funksiyadan istifadə etmək mümkün olacaq. Qeyd olunur ki, belə fürsət hələlik yalnız bəzi istifadəçilər üçün əlçatandır.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri