Dek
2021
16:33
8
87
2277
Virtual karabakh

“Meta”dan “qisas pornosu”na çarə: Çılpaq fotolarınızı yükləyin

5 Dek, 2021
16:33
2277

“Meta”dan “qisas pornosu”na çarə: Çılpaq fotolarınızı yükləyin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlar bu və ya digər şəxsdən qisas olmaq məqsədilə onun açıq-saçıq görüntülərinin sosial şəbəkələrdə yayılması adi hala çevrilib.

“Meta” şirkəti “qisas porno”larının qarşısını almaq üçün hələ noyabrın 2-də xüsusi sistemi işə salıb.

Bəs bu sistem necə çalışır?

İlk növbədə qeyd edək ki, sözügəden sistem “Facebook” və “Instagram” sosial şəbəkələrini əhatə edir. Burada artıq hər hansı bir şəxsin açıq-saçıq görüntülərini onun şəxsi icazəsi olmadan yayımlamaq mümkün olmayacaq.  

Lakin bunun üçün bir şərtin yerinə yetirilməsi vacibdir. Belə ki, həmin şəxsin çılpaq görüntüsü sistemin bazasında mövcud olmalıdır. Məhz bu zaman sistem görüntüləri tutuşduraraq onların kimə aid olduğunu müəyyən edə və həmin şəxsə müvafiq xəbərdarlıq yollaya biləcək.

Odur ki, porno görüntülərinin yayılacağından qorxanlar çılpaq foto və ya videolarını “Meta”nın bazasına yükləməlidirlər.

Mənbə: “Haber Global”

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri