10 
Dek
2021
02:30
31
114
1590
Virtual karabakh

“WhatsApp”la ani kriptovalyuta ödənişləri etmək mümkün olacaq

10 Dek, 2021
02:30
1590

“WhatsApp”la ani kriptovalyuta ödənişləri etmək mümkün olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WhatsApp”da kriptovalyuta ilə ani ödənişlər funksiyası tətbiq ediləcək.

Yeni imkan messencerin “Novi” ödəniş xidməti ilə əməkdaşlığı sayəsində mümkün olacaq.

Bu barədə “Novi”nin baş direktoru Stefani Kasriel özünün “Twitter” səhifəsində məlumat verib.

“Bu gündən etibarən ABŞ-da məhdud sayda şəxs “Novi” istifadə edərək “WhatsApp” vasitəsilə pul göndərə və qəbul edə biləcək”, - deyə o qeyd edib.

Qeyd edək ki, “Novi” 1 dollara bərabər olan öz altkini “Pax Dollar” (USDP) ilə ani köçürmələr etməyə imkan verən ödəniş platformasıdır. Cüzdandan pul çıxarmaq və ya yerli valyutaya çevirmək üçün komissiya haqqı yoxdur. Xidmət hazırda yalnız ABŞ və Qvatemalada aktivdir.

Mənbə: 1prime.ru

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri