12 
Dek
2021
07:00
30
232
7657
Virtual karabakh

“TikTok” 2021-ci ilin ən populyar rolikini açıqladı – VİDEO

12 Dek, 2021
07:00
7657

“TikTok” 2021-ci ilin ən populyar rolikini açıqladı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TikTok” video xidməti 2021-ci ilin ən populyar videolarını və əsas tendensiyalarını göstərən illik hesabat hazırlayıb.

Məlum oldu ki, runetdə layfhaklar, sketçlər və qeyri-adiliyi göstərən roliklərə üstünlük verilir.

Qısa video xidmətində baxış sayına görə birinci yeri “totouchhanemu” ləqəbli bloqerin çəkdirdiyi rəqs videosu tutub. Kvadrokopterlə çəkilmiş videoya 314 milyondan çox baxış olub.

Sosial şəbəkə ən populyar kulinariya videolarını da müəyyən edib. Burada ratatuy (122,8 milyon baxış), qızardılmış pendir və omlet video reseptləri lider olub.

Bundan əvvəl “TikTok” 2021-ci ilin ən şən videosunu açıqlamışdı. Bu kateqoriyada ən populyar videolardan biri “@_tusya_kiskis” ləqəbi ilə bloggerin paylaşımı olub. Müəllifin Tusya adlı pişiyi ilə oynadığı videoya 21 milyondan çox baxılıb və 2,7 milyona yaxın bəyənilib.

Mənbə: İzvestiya

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri