18 
Dek
2021
06:32
28
90
1570
Virtual karabakh

“Google” yeni artırılmış reallıq eynəyi üzərində işə başlayıb - FOTO

18 Dek, 2021
06:32
1570

“Google” yeni artırılmış reallıq eynəyi üzərində işə başlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Google” yeni artırılmış reallıq eynəyi üzərində işə başlayıb.

Bu barədə əvvəllər “Meta”da işləmiş, əməliyyat sistemlərinin inkişafı üzrə direktoru Mark Lukovski “LinkedIn”də bəyan edib.

“Mənim vəzifəm “Google”da əlavə reallıq üzrə əməliyyat sistemləri komandasına rəhbərlik etməkdir”, - deyə bildirən mütəxəssis şirkətdə işə başladığını da qeyd edib.

Yeri gəlmişkən KİV-də də korporasiyanın yeni artırılmış reallıq eynəkləri hazırlamaq və beləliklə, “Google Glass”ın yeni versiyasını buraxmaq niyyətində olduğu barədə məlumatlar sızıb; “Google”un alternativ reallıq cihazları bazarında iştirakını genişləndirməkdə maraqlı olduğu düşünülür.

Qeyd edək ki, “Google” - artırılmış reallıq cihazlarını inkişaf etdirən ilk şirkətlərdən biridir. 2014-cü ildə şirkət ilk AR qarniturlarını “Google Glass”ı buraxıb.

Mənbə: “ArsTechnica”

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri