20 
Dek
2021
08:20
37
199
8148
Virtual karabakh

Metakainatda ilk cinsi təcavüz yaşandı

20 Dek, 2021
08:20
8148

Metakainatda ilk cinsi təcavüz yaşandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook”un sahibi olan “Meta” şirkətinin Metakainatı üçün hazırladığı “Horizon Worlds” adlı virtual aləmdə qalmaqallı hadisə baş verib.

“İnternetin gələcəyi” olaraq görülən gücləndirilmiş virtual reallıq aləmində adı açıqlanmayan bir qadın istifadəçi təcavüzə uğradığını bildirib.

İnsident “Horizon Worlds”ün beta versiyasında noyabrın 26-da yaşanıb. O, virtual aləmdə bu davranışı dəstəkləyənlərin olduğunu da bildirib. Xanım özünü yalqız hiss etdiyini vurğulayıb.

Hadisədən sonra “Meta” daxili araşdırmaya başlayıb. İstintaq belə nəticəyə gəlib ki, istifadəçi təcavüzün qarşısını almaq üçün nəzərdə tutulmuş təhlükəsizlik funksiyasını işə salmayıb.

Qeyd edək ki, “Təhlükəsiz Zona” adlanan funksiya platformada təhlükə hiss edənlərin digər istifadəçilərlə əlaqə saxlamasının qarşısını alır.

Mənbə: “Haber Global”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri