30 
Dek
2021
03:49
18
88
3531
Virtual karabakh

2022-ci il üçün gözlənilən mükəmməl smartfonun “portreti” hazırlandı - FOTO

30 Dek, 2021
03:49
3531

2022-ci il üçün gözlənilən mükəmməl smartfonun “portreti” hazırlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Android Authority” nəşri istifadəçilərin istəklərinə əsaslanaraq, müasir smartfonlarla bağlı əsas şikayətləri və 2022-ci ildə cihazlarda görmək istənilən funksiyaları sadalayıblar.

Mütəxəssislər ilk növbədə sistem yeniləmələrinə diqqət yönəldərək, gələcəyin smartfonlarından daha uzunmüddətli yeniləmə dəstəyi gözlədiklərini bildiriblər.

“Biz istəyirik ki, brendlər köhnə top modelləri yeniləməkdə daha fəal olsunlar”, - deyə ismarışda bildirilir.

Jurnalistlər həmçinin telefon alarkən istehlakçıya şarj qurğusu seçiminin verilməsini təklif ediblər.

“Daha çox şirkət mülkiyyət standartlarından əl çəksə, əla olardı”, -deyə müəlliflər vurğulayırlar. Onların fikrincə ideal smartfon istənilən aksesuarla sürətli şarjı dəstəkləməlidir.

Jurnalistlər istifadəçilərə seçim imkanı vermək üçün 2022-ci ildə daha çox brendin qatlana bilən smartfonlar buraxmasını gözləyirlər.

Bundan başqa qadcet istehsalçılarından iki meqapiksellik kameralardan imtina xahiş edilib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri