Yan
2022
04:17
40
117
3695
Virtual karabakh

2021-ci ilin ən yaxşı kompüter oyunları açıqlandı - FOTO

6 Yan, 2022
04:17
3695

2021-ci ilin ən yaxşı kompüter oyunları açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Steam” istifadəçiləri ilin ən yaxşı kompyuter oyunlarını seçiblər. “İlin Oyunu” adına “Resident Evil Village” layiq görülüb.

Nominasiyada həmçinin “Valheim”, “New World”, “Cyberpunk 2077” və “Forza Horizon 5” qeyd olunub.

İlin ən yaxşı virtual reallıq oyunu isə “Cooking Simulator VR” seçilib.

“Sevimli Uşaq” nominasiyasında “Terraria”, “Dost oyunda tanınar”da “It Takes Two” mükafat qazanıb, “Ən yaxşı vizual stil”də “Forza Horizon 5” fərqlənib, “Ən innovative gameplay” isə “Deathloop” hesab olunub.

Bundan başqa “Nioh 2 — The Complete Edition” “Oynaya biləcəyiniz ən yaxşı oyun” adını alıb.

Oyunçuların fikrincə “ən yaxşı soundtrack” “Marvel's Guardians of the Galaxy” oyunlarında, ən maraqlı süjet isə “Cyberpunk 2077” oyunundadır.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri