Yan
2022
17:36
362
62
2468
Virtual karabakh

“Aztelekom” Şuşada filial açıb

6 Yan, 2022
17:36
2468

“Aztelekom” Şuşada filial açıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-də növbəti struktur islahatı aparılıb.

“Report”un əldə etdiyi məlumata görə, qurumun azad edilmiş ərazilərdə ilk filialı olan “Şuşa” filialı fəaliyyətə başlayıb. Hələlik filial rəhbərliyinə təyinat yoxdur.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq fakt təsdiq edilib.

Qeyd edək ki, bundan öncə şirkətin “Cənub Şirvan”, “Şimal-Qərb”, “Şimal-Şərq”, “Aran” və “Dağlıq Şirvan” regional filialları yaradılıb.

Xatırladaq ki, “Aztelekom”da struktur islahatları “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli Fərmanına uyğun olaraq aparılır. Filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri