27 
Yan
2022
07:48
187
19
4923
Virtual karabakh

Dueyn Conson məşhur oyunun filminə çəkiləcək - FOTO

27 Yan, 2022
07:48
4923

Dueyn Conson məşhur oyunun filminə çəkiləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor Dueyn Conson ən böyük və maraqlı oyunlardan birinin film adaptasiyasında iştirak edəcəyini bildirib. O, bu barədə “Men's Journal”a müsahibəsində xəbər verib.

Ancaq aktyor bu məşhur oyunun adını açıqlamayıb.

“Dünyadakı pərəstişkarlara nə təqdim edəcəyimizi səbirsizliklə gözləyirəm. Əlbəttə ki, biz oyunçu dostlarımız üçün düzgün olanı etməyə çalışacağıq, amma həqiqətdə sadəcə əla film çəkmək istəyirik”, - deyə Conson bildirib.

Qeyd edək ki, aktyor bundan əvvəl də oyunlar əsasında filmlərdə çəkilib. Söhbət “Rampage” (2018) və “Doom” (2005) kimi filmlərdən gedir.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri