May
2022
07:02
19
86
3527
Virtual karabakh

Smartfonda virusun olmasını necə öyrənmək olar?

3 May, 2022
07:02
3527

Smartfonda virusun olmasını necə öyrənmək olar?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Smartfonun virusa yoluxması bəzən gizli şəkildə baş verir.

Mütəxəssislərin fikrincə, çox vaxt cib telefonu fon rejimində “sındırılır”. Ona görə də müdaxilə faktı cihazın sahibinin nəzərindən yayınır.

Ekspertlər bildirirlər ki, mobil cihazda zərərli proqramların quraşdırıldığını göstərə biləcək aydın əlamətlər var. Bunlardan birincisi cihazın iş gücünün azalmasıdır. Həmçinin, virus fon rejimində işləyirsə, cihazın batareyası adi haldan daha tez boşalacaq.

Virus adətən məlumatları üçüncü tərəf serverinə göndərdiyi üçün telefonun şəbəkəyə yüklədiyi məlumatların ümumi miqdarı artmalıdır.

Daha bir əlamət isə brauzerdə adətən sistem tərəfindən bloklanan pop-up pəncərələrin meydana çıxmasıdır.

Həmçinin, təhlükəli proqram təminatının arxa fonda işləməsi səbəbindən cihazın həddən artıq qızması ehtimalı da yüksəkdir.

Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri