13 
May
2022
02:10
82
20
6095
Virtual karabakh

“Whatsapp”da yeni funksiya işə salınır - FOTO

13 May, 2022
02:10
6095

“Whatsapp”da yeni funksiya işə salınır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Whatsapp” messencerində söhbətlərdə yeni funksiya mövcud olacaq.

Bu barədə “WABetaInfo” portalının ekspertləri istifadəçilərə məlumat veriblər.

Portalın məlumatına görə, “WhatsApp”ın kompüterlər üçün 2.2218.0 nömrəsi altında beta versiyasında hər mesajın yanında sürətli cavab düyməsi peyda olub. Bunun üzərinə klikləməklə istifadəçi dərhal mesaj yazıb həmsöhbətinə göndərə bilər.

Hazırda messencerdən kompüterdə istifadə edən istifadəçilər üçün çatda cavab verməyin yalnız bir üsulu mövcuddur. Onlar mesajı sürüşdürməli, görünən hissəni klikləyib “Cavab vermək” bəndini seçməlidirlər.

Bildirilir ki, mesajlara operativ cavab vermək qabiliyyəti hələ də inkişaf mərhələsindədir. Onun nə vaxt bütün istifadəçilər üçün əlçatan olacağı dəqiqləşdirilməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri