13 
May
2022
21:51
282
23
1175
Virtual karabakh

Rusiyadan olan bəzi istifadəçilər üçün “Chrome” yenilənməsi dayandı - FOTO

13 May, 2022
21:51
1175

Rusiyadan olan bəzi istifadəçilər üçün “Chrome” yenilənməsi dayandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Chrome” brauzeri Rusiyadan olan istifadəçilər üçün “Android” əməliyyat sistemində yeniləməni dayandırıb.

İstifadəçilər problemlər barədə mayın 9-dan məlumat verirlər. Onlar “Google Chrome” brauzerini və digər proqramlarda veb səhifələrin göstərilməsinə cavabdeh olan “Android System WebView” sistem komponentini yeniləyə bilmirlər.

Cihazlarda “Tətbiqi yükləmək mümkün deyil” mesajı görünür.

“Google” məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edilir ki, “Apple” kompüterləri və cihazları üçün “Chrome” həmişəki kimi yenilənir.

Xatırladaq ki, mayın 6-da “Google Play” Rusiyada tərtibatçılara ödənişli proqramları yükləməyi və yeniləməyi qadağan edib. Bundan əvvəl - mart ayında isə “Play Store”da alış və abunəlik ödənişləri dayandırılmışdı.

Mənbə: vc.ru

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri