23 
May
2022
14:45
114
13
1252
Virtual karabakh

Hüseyn Hüseynov: “Yerli əhalinin internetə çıxış imkanlarını təmin etmək lazımdır”

23 May, 2022
14:45
1252

Hüseyn Hüseynov: “Yerli əhalinin internetə çıxış imkanlarını təmin etmək lazımdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pandemiya dövründə ədliyyənin rəqəmsallaşdırılması vacibdir. Amma bunun üçün yerli əhalinin internetə çıxış imkanlarını təmin etmək lazımdır”.

Oxu.Az xəbər verir ki, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, 2022-ci ili əhatə edən tədbirlər planı təsdiq edilib ki, burada 40-a yaxın müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

O bildirib ki, ciddi problemlərdən biri dünyada insanların yalnız 55 faizinin internetə çıxma imkanlarının olmasıdır:

“Təəssüf ki, insanların 45 faizinin isə müxtəlif səbəblərdən internetə çıxış imkanları məhduddur. Bunu biz pandemiya dövründə daha aydın görə bildik. Artıq növbəti onilliklərdə sosial bərabərsizlik deyil, rəqəmsal bərabərsizlik problemlərindən danışmağa başlayacağıq. Ədliyyənin rəqəmsallaşdırılması müsbət haldır. Amma rəqəmsal xidmətlərə çıxış üçün yerlərdə əhalinin internetə çıxış imkanları təmin edilməlidir ki, bu xidmətlərdən yararlana bilsinlər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri