25 
May
2022
16:52
228
13
1107
Virtual karabakh

Səlcuq Bayraktar: “TEKNOFEST” digər ölkələrdə də keçirilə bilər”

25 May, 2022
16:52
1107

Səlcuq Bayraktar: “TEKNOFEST” digər ölkələrdə də keçirilə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TEKNOFEST” festivalı Türkiyə xaricində ilk dəfə Azərbaycanda keçirilir. Amma digər ölkələrdə də keçirilməsi nəzərdə tutulur”. 

Oxu.Az xəbər verir ki, bunu açıqlamasında Səlcuq Bayraktar deyib.

S.Bayraktarın fikrincə, “TEKNOFEST”ə maraq çoxdur: 

“İndoneziya, Ukrayna və Özbəkistanda da “TEKNOFEST”ə maraq çoxdur. Bu festival Türkiyədən sonra ilk dəfədir Bakıda təşkil edilib. Bu gün “TEKNOFEST Azərbaycan” festivalına maraq çox böyükdür. Əslində bu, ilk dəfə Azərbaycanda keçirildiyi üçün biz bu qədər maraq gözləmirdik. Təşkilatçılıq da yüksək səviyyədədir”. 

S.Bayraktar valideynlərə uşaqlarını festivala gətirməyi tövsiyə edib: 

“Uşaqlar burada təyyarə, yaxud PUA-lara toxunmalıdır ki, gələcəkdə ölkələrimizin təhlükəsizliyini qoruyacaq təyyarələr istehsal edilsin”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri