26 
May
2022
10:36
215
10
2109
Virtual karabakh

Müxtəlif qurumların rəsmiləri “TEKNOFEST Azərbaycan” ərazisində: Hazırlıq prosesi ilə tanış olurlar - FOTO

26 May, 2022
10:36
2109

Müxtəlif qurumların rəsmiləri “TEKNOFEST Azərbaycan” ərazisində: Hazırlıq prosesi ilə tanış olurlar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalının açılış gününə nazirlər və müxtəlif qurumların rəsmiləri də qatılıblar.

Oxu.Az xəbər verir ki, festival keçirilən əraziyə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev də gəlib.

O, Müdafiə Sənayesi Nazirliyinin pavilyonuna baş çəkib. Nümayiş olunan texnikalar və hazırlıq prosesləri ilə tanış olub.

Səlcuq Bayraktar və ailəsi də artıq festival ərazisinə gəlib, pavilyonları gəzib.

Həmçinin Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, akademik Misir Mərdanov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, təhsil naziri Emin Əmrullayev də festivala qatılanlar sırasındadırlar.

Könül Cəfərli

FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri