26 
May
2022
15:30
364
15
4459
Virtual karabakh

Azərbaycan və Türkiyə pilotlarının nəfəs kəsən hava şousu - FOTOREPORTAJ

26 May, 2022
15:30
4459

Azərbaycan və Türkiyə pilotlarının nəfəs kəsən hava şousu - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı çərçivəsində aviaşou baş tutub.

Azərbaycan və Türkiyənin pilotları Bakı səmasında qırıcı təyyarələr və helikopterlərlə müxtəlif manevrlər edərək şou göstəriblər.

Oxu.Az xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin “MİQ-29” qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəs kəsən hava şousu təqdim edilib.

“MİQ-29” qırıcısı ilə Vətən müharibəsində iştirak edən qəhrəmanlarımızdan olan “Qarabağ” ordenli polkovnik Zaur Rüstəmov “TEKNOFEST” səmasında pilotaj fiqurlarını nümayiş etdirib. 
Aviaşou zamanı pilot hər kəsi heyrətə gətirəcək çevrilmə, qalxan, sərt həlqə manevrləri edib, yerə ən aşağı məsafədən minimum sürətlə keçid edib. 

“Global Photo Stock”un əməkdaşları aviaşoudan unudulmaz mənzərələri kameranın yaddaşına köçürüb.

Həmin fotoları təqdim edirik:

Könül Cəfərli

FOTO: Firudin Səlimov, Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri