29 
May
2022
09:15
269
24
2886
Virtual karabakh

“TEKNOFEST Azərbaycan”a 28 may tarixi üçün alınan biletlər bu gün də KEÇƏRLİDİR – RƏSMİ

29 May, 2022
09:15
2886

“TEKNOFEST Azərbaycan”a 28 may tarixi üçün alınan biletlər bu gün də KEÇƏRLİDİR – RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına vətəndaşların böyük marağı və çoxsaylı istəkləri nəzərə alınaraq 29 mayda festivalda iştirak üçün daha 20 min bilet aktiv edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, vətəndaşlar iticket.az saytında qeydiyyatdan keçərək festivalın tamaşaçısı ola bilərlər.

“Eyni zamanda vətəndaşların nəzərinə çatdırırıq ki, 28 mayda Müstəqillik Günü ilə əlaqədar festivalın proqramında müəyyən dəyişikliklər edilmiş və vaxt məhdudiyyəti tətbiq olunmuşdu. Bu səbəbdən 28 may tarixinə bilet əldə etmiş, lakin festivala gələ bilməmiş vətəndaşların “TEKNOFEST Azərbaycan”la ətraflı tanış olmasını təmin etmək məqsədilə həmin biletlər 29 mayda da festivala giriş üçün keçərli olacaq”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri