18 
İyn
2022
03:41
65
20
2544
Virtual karabakh

“Google”un köhnə smartfonlarından Altsheymerin diaqnostikası üçün istifadəsinə başlanılıb - FOTO/VİDEO

18 İyn, 2022
03:41
2544

“Google”un köhnə smartfonlarından Altsheymerin diaqnostikası üçün istifadəsinə başlanılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kaliforniya Universitetinin “DigiHealth” laboratoriyasının bir qrup tədqiqatçısı “Google Pixel-4” smartfonundan istifadə etməklə Altsheymer xəstəliyinə diaqnoz qoymağı öyrəniblər.

Bu barədə “The Verge” alimlərə istinadla bildirib.

Tədqiqatçıların fikrincə, insan gözləri Altsheymerin aşkarlanmasına kömək edə bilər. Xüsusi tətbiqin köməyi ilə “Pixel 4”-ün ön kamerasına göz bəbəyi çəkilir və məlumatlar laboratoriyaya göndərilir.

Alimin sözlərinə görə, hələlik bu cür tədqiqatlar kliniki laboratoriyada nəzarət edilən şəraitdə və xüsusi avadanlıqların köməyi ilə aparılır.

Hazırda mütəxəssislər ev şəraitində smartfondan alınan məlumatların əlavə araşdırmalar üçün istifadə edilməsinin mümkün olub-olmadığını araşdırılar.

O da vurğulanır ki, “Pixel 4” ilə Altsheymerin diaqnozu sifət skanı ilə kilid açmaq üçün istifadə edilən infraqırmızı kamera sayəsində mümkün olub.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri