20 
İyn
2022
17:42
40
157
5865
Virtual karabakh

“WhatsApp” bəzi telefonlarda işləməyəcək

20 İyn, 2022
17:42
5865

“WhatsApp” bəzi telefonlarda işləməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“iOS 10” və “iOS 11” istifadəçiləri oktyabrın 24-dək “iPhone” telefonlarını yeni “iOS 12” və ya daha yüksək versiyalara yeniləməsələr “WhatsApp”dan istifadə edə bilməyəcəklər.

Bu barədə “Haber Global” xəbər verib.

Bildirilir ki, “iOS 12” istifadəçilərinin hələlik narahat olmalarına səbəb yoxdur, bununla belə mesencerin növbəti addımının bu versiya ilə bağlı olacağı şübhəsizdir.

Həmçinin “Android” istifadəçilərinin cihazlarını “Android 4.1” və ya daha yüksək versiyaya yeniləməli olduğu barədə xəbərdarlıq edilib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri