26 
İyl
2022
21:42
89
17
1324
Virtual karabakh

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi “Texnofest”də uğurla iştirak edib

26 İyl, 2022
21:42
1324

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi “Texnofest”də uğurla iştirak edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi iyulun 23-24 tarixlərində Türkiyədə keçirilən “Texnofest (Teknofest)” aviasiya, kosmos və texnologiya festivalı çərçivəsində “Efficiency challenge elektrikli avtomobil” yarışlarında iştirak edib.

Yarışmada Təhsil Mərkəzi “ZƏFƏR” komandası tərəfindən hazırlanan “Buta” elektrikli avtomobili ilə təmsil olunub.

Mübarizəyə 3 ölkədən (Türkiyə, Azərbaycan və Qırğızıstan) 250 komanda qatılıb.

“ZƏFƏR” komandası iştirakçılar arasında ilk 20-liyə yüksəlib.

​“Efficiency challenge elektrikli avtomobil” yarışlarında hər maşına 65 dəqiqə ərzində 2 kilometr uzunluğunda olan yarış zolağını 20 tura tamamlaması tələbi qoyulub. Yarışın nəticəsi kimi, “ZƏFƏR” komandası “Tanıtım və Yayqınlaştırma Ödülü” ilə təltif edilib.

​Məlumat üçün bildiririk ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin 7 tələbə və 2 istehsalat təlimi ustasından ibarət “ZƏFƏR” komandası 2022-ci ildə “Effieciency challenge elektrikli avtomobil” yarışında iştirak etmək üçün müraciət edib, seçim mərhələlərini uğurla keçərək yarışmanın final mərhələsində iştirak etmək hüququ qazanıb.

​Yarışmaya təqdim edilən “Buta” adı verilmiş elektrikli avtomobilin texniki göstəriciləri, konfiqurasiyası və modeli Peşə Təhsil Mərkəzinin “ZƏFƏR” komandasının üzvləri tərəfindən hazırlanıb və model “Texnofest” Hakim Komissiyası tərəfindən yüksək qiymətləndirilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri