Avq
2022
02:35
45
119
4181
Virtual karabakh

“Tesla” insanabənzər “Optimus” robotu ilə bağlı ilk tizerini yayımladı - FOTO/VİDEO

6 Avq, 2022
02:35
4181

“Tesla” insanabənzər “Optimus” robotu ilə bağlı ilk tizerini yayımladı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tesla “Optimus” insanabənzər robotunun tizerini yayımlayıb. Yayımlanan fotoda robotun ürək şəklində qatlanmış əlləri əks olunub.

Təqdimat sentyabrın 30-da “Tesla AI Day # 2” tədbirində nəzərdə tutulub.

“Tesla AI Day”in əvvəlki təqdimatı keçən il baş tutmuşdu. Məhz həmin vaxt “Tesla”nın rəhbəri İlon Mask robot-humanoid yaratmaq planlarını açıqlamışdı. Öncə robot “Tesla Bot” adlandırılırdı, lakin sonradan “Optimus” adını aldı.

İndi isə Mask vəd edir ki, sentyabrın 30-da şirkət “Optimus”un işləyən prototipini ictimaiyyətə nümayiş etdirəcək.

Bundan əlavə, milyarder əmindir ki, “Tesla”nın robot biznesi sonda elektrik maşınların biznesinə kölgə sala bilər.

“İnanıram ki, uzunmüddətli perspektivdə “Optimus” avtomobildən daha vacib layihə olacaq. Bu, iqtisadiyyat barədə bütün təsəvvürləri başdan-ayağa dəyişəcək”, - Mask bildirib.

Mənbə: Electrek

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri