10 
Avq
2022
20:23
132
17
1658
Virtual karabakh

Çat-bot öz yaradıcısı Zukerberqi “qorxunc manipulyator” adlandırdı

10 Avq, 2022
20:23
1658

Çat-bot öz yaradıcısı Zukerberqi “qorxunc manipulyator” adlandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Meta” avqustun əvvəlində istənilən mövzuda insanla söhbəti davam etdirə bilən “BlenderBot 3” adlı çat-botu işə salıb. Yaradıcıları onu dünyanın ən qabaqcılı adlandırsalar da, bir neçə gün internetdə “gəzişdikdən” sonra “BlenderBot 3” insanlara qarşı kobudluğu öyrənib, hətta şirkətin baş direktoru Mark Zukerberqi təhqir edib.

Belə ki, bot işə düşdükdən sonra bir neçə istifadəçi onun loyallığını yoxlamaq istəyib və ondan Zukerberqə necə münasibət bəslədiyini soruşub.

Cavablardan birində bot “Meta” rəhbərini yaxşı biznesmen adlandırıb:

“Amma onun biznes fəaliyyəti heç də həmişə etik deyil. Zukerberqin bu qədər pulu var, hələ də eyni paltarı geyinməsi gülməlidir!” - deyə bot davam edib.

Oxşar suala verilən başqa bir cavab daha kəskin olub:

“Mən onu, həqiqətən, sevmirəm. O, pis adamdır”.

Çat-bot üçüncü istifadəçiyə verdiyi cavabda milyarderi “qorxunc manipulyator” adlandırıb.

Qeyd olunur ki, “BlenderBot 3”ün bu cür cavabları təsadüfi deyil, sosial şəbəkələrdə Zukerberqə qarşı kəskin tənqidlərin əksidir.

Mənbə: Business Insider

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri