11 
Avq
2022
08:17
16
127
5115
Virtual karabakh

Smartfonla gələn təhlükə: sadalanan xəstəliklərə diqqət edin - FOTO

11 Avq, 2022
08:17
5115

Smartfonla gələn təhlükə: sadalanan xəstəliklərə diqqət edin - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhlükəli mikroorqanizmlər hər bir səthdə, o cümlədən smartfonlarda məskunlaşır və oradan ələ ötürülürlər.

Bu barədə İsrailin “Hadassah” klinikasının Skolkovodakı filialının epidemioloji şöbəsinin rəhbəri Oksana Çikina xəbərdarlıq edib.

Onun sözlərinə görə, İraqın Kufə Universiteti tələbələr, işçilər və kampusun müəllimlərindən təsadüfi olaraq götürülmüş 300 mobil telefonun səthinin bakterial çirklənməsini qiymətləndirib. Müəyyən edilib ki, mobil telefonların səthlərinin 86%-i bakteriyalarla çirklənib.

Mütəxəssis bildirib ki, aşkar edilmiş mikroorqanizmlərin orta hesabla 20%-ni qızılı stafilokok, 12%-ni pnevmokok, 9%-ni bağırsaq çöpü, 9%-ni nəcis enterokokları təşkil edib.

Smartfonların korpusunda həmçinin patogen qrupdan “Klebsiella pneumoniae” (pnevmoniya törədicisi), göy irinli çöp (Pseudomonas aeruginosa), salmonella, həmçinin Qriqoryev-Şiqi bakteriyaları (bakterial dizenteriyanın törədicisi) aşkar edilib.

“Beləliklə, mobil telefon potensial yoluxucu xəstəliklərin ötürülməsi mənbəyinə çevrilir. O cümlədən, əlbəttə ki, əgər smartfon balaca uşağa cizgi filmlərinə baxmaq və ya oynamaq üçün verilərsə, bakteriya və viruslar ağızdan bədənə daxil ola bilər”, – deyə Çikina əlavə edib.

Epidemioloqun fikrincə, smartfonların mütəmadi olaraq gigiyenik təmizliyə ehtiyacı var.

O bildirib ki, dezinfeksiya üçün spirt əsaslı antiseptik və ya xüsusi ultrabənövşəyi cihazlardan istifadə etmək olar.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri