13 
Avq
2022
08:37
21
120
2684
Virtual karabakh

“Facebook”dan çıxıb başqa sayta keçənləri izləyirlər

13 Avq, 2022
08:37
2684

“Facebook”dan çıxıb başqa sayta keçənləri izləyirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Meta” “Facebook” və “Instagram”a quraşdırılmış brauzerdən istifadə edərək istifadəçilərini izləyir.

Bu barədə kibertəhlükəsizlik üzrə amerikalı mütəxəssis Feliks Krauze bildirib.

Məsələ burasındadır ki, istifadəçi yuxarıda göstərilən sosial şəbəkələrdən kənar keçidləri izləməyə çalışdıqda saytlar “Meta” tərəfindən idarə olunan daxili brauzerdə açılır. Sonra, brauzer sayt səhifəsinə kod əlavə edir. Bu kod istifadəçinin bütün fəaliyyətini (linklərə kliklər, mətni seçmək, skrinşotlar çəkmək), hətta login və parollarını qeydiyyata götürür.

“Meta” kənar kodun əlavə edilməsi faktını inkar etməyib, lakin əlavə edib ki, toplanmış məlumatlar yalnız istifadəçiyə ünvanlanmış konkret reklamı seçmək üçün istifadə olunur, həmçinin istifadəçi  digər internet səhifələrində öz hərəkətlərini izlənməsindən imtina edə bilər.

O da qeyd olunur ki, “Meta”nın sahibi olduğu “WhatsApp” mesencerində brauzer müşahidə aparmır.

Mənbə: The Guardian

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri