30 
Avq
2022
17:42
208
20
2489
Virtual karabakh

Azərbaycan və Türkiyənin elektron hökumət portallarının birləşəcəyi tarix AÇIQLANDI

30 Avq, 2022
17:42
2489

Azərbaycan və Türkiyənin elektron hökumət portallarının birləşəcəyi tarix AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 1-də Türkiyədə bu ölkənin “e-devlet” portalı ilə Azərbaycanın “e-gov” portalının inteqrasiyasının təqdimatı olacaq.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

“İnteqrasiya Türkiyənin Rəqəmsal Transformasiya Ofisi ilə əməkdaşlıq çərçivəsində baş tutub. Bu o deməkdir ki, Azərbaycan vətəndaşı Türkiyəyə getdiyi zaman ondan hər hansı Azərbaycanın dövlət qurumunun verməli olduğu sənəd tələb olunursa, onu “e-devlet”dən və yaxud əksinə, Türkiyə vətəndaşından Azərbaycanda hansısa sənəd tələb olunsa, onu “e-gov”dan əldə edə biləcək”, - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri